Menu
Geri İrəli

Dəhşətli qətl törədən tələbə qızın yaxınlarından ŞOK

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Noyabr 2015 • Baxış sayı: 2,169 dəfə • Şərh yoxdur

bicaq1-300x224Noyabrın 24-də Sumqayıt şəhərində kirayədə yaşayan 21 yaşlı Səriyyə Mehdi qızı Ramazanovanın törətdiyi cinayətin səbəbləri bəlli olub.

Publika.az-ın əldə etdiyi məlumata görə, S.Ramazanova uzun illər psixi problemlərdən əziyyət çəkib.

Yaxınları və kənd sakinləri bildiriblər ki, S.Ramazanova orta məktəbdə ən yaxşı oxuyan şagirdlərdən olub. Lakin sonradan birdən-birə vəziyyəti pisləşib və onda psixi xəstəlik yaranıb.

Xəstəliyi şiddətlənəndə hətta valideynlərinə belə hücum çəkirmiş. Ailəsi onu uzun müddət müalicə etdirsə də, qızın ali təhsil almasını arzuladıqlarından, psixi problem ilə bağlı sənəd almaq istəməyiblər. Səriyyə ali məktəbə daxil olandan sonra vəziyyəti daha da pisləşib və valideynləri onun ali təhsilinə bir il fasilə vermək məcburiyyətində qalıb. O, bir il həkim nəzarətində olaraq müalicə alandan sonra təhsilini davam etdirib.

Səriyyənin atası Oğuzda qalsa da, ali məktəbə daxil olandan sonra anası onunla birlikdə Sumqayıtda yaşamağa başlayıb. Qızlarının hər an psixi gərginlik keçirə biləcəyindən xəbərdar olan valideynlər onu bir an belə tək qoymaq istəməyiblər. Səriyyə ali məktəbdə oxuduğu dövr ərzində də anası daim onun yanında olub. Lakin son günlər kənddəki evlərində tikinti aparıldığı üçün bir neçə günlüyə geri qayıdıb. Hadisə də elə bu zaman baş verib.

Əldə etdiyimiz məlumata görə, Səriyyənin halı pisləşəndə elə hala düşürmüş ki, valideynlərinə belə xəsarət yetirə, öldürə bilərmiş. Kənd sakinləri hadisəni eşidəndən sonra qızın bu işi törətməsinə təəccüblənməyiblər.

S.Ramazanovanın təhsil aldığı Sumqayıt Dövlət Universitetindən Publika.az-a bildiriblər ki, o, ali məktəbə 328 balla daxil olub. Dövlət sifarişli  fakültədə təhsil alıb, zərbəçi tələbə olub. Onun qrup yoldaşları ilə davranışında heç bir problem olmayıb. Metrologiya, standartlaşma və sertifikasiya mühəndisliyi ixtisası üzrə 4-cü kursda təhsil alıb. Dərsə davamiyyəti hər zaman yaxşı olub.

Əldə etdiyimiz məlumata görə, S.Ramazanovanın bir bacısı var və o ailəlidir. Lakin bacısının heç bir psixoloji problemi olmayıb. Hadisədən xəbər tutan kimi valideynləri Sumqayıta gəlib. Hazırda kənddə qalan 76 yaşlı nənəsinə isə qızın xəstəliyinin şiddətləndiyi ilə bağlı yalan danışıblar…

Xatırladaq ki, S.Ramazanova kirayədə yaşadığı evin sahibəsini aralarında yaranmış münaqişə nəticəsində qətlə yetirib. O, ev sahibəsini xüsusi amansızlıqla öldürüb. Ş.Ramazanova əvvəlcə qadına boğaz nahiyəsindən bıçaq zərbəsi endirdikdən sonra onun qulağının birini kəsib. Daha sonra ona bədəninin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq zərbələri endirərək qətlə yetirib. Qadının öldüyünə əmin olandan sonra polisə zəng edərək mənzildə qətl hadisəsi baş verdiyini deyib və hadisə yerindən qaçıb.

İlkin məlumata görə,  Ş.Ramazanovanın ev sahibəsini qətlə yetirməsinə səbəb qızın sevgilisindən ayrılması olub. Ev sahibəsi qızın sevgilisini bir neçə dəfə həmin binanın qarşısından qovması sevgililərin ayrılmasına səbəb olub. Bundan qəzəblənən Ş.Ramazanova ev sahibəsi S.Nəcəfovadan qisas almaq üçün onu qətlə yetirib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın