Menu
Geri İrəli

Dekabrda havalar necə olacaq? – PRAQNOZ

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Noyabr 2013 • Baxış sayı: 208 dəfə • Şərh yoxdur

qar
Bəzi rayonlarda yağıntı iqlim normasında bir qədər çox olacağ.

Azərbaycan ərazisində dekabr ayına olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasından aşağı, bəzi rayonlarda isə iqlim normasına yaxın olacağı gözlənilir.

Birinci ongünlüyün əvvəlində hava şəraitinin anomal soyuq keçəcəyi, ikinci və üçüncü ongünlüyün bəzi günlərində havanın orta sutkalıq temperaturunun iqlim normasından 3-5 dərəcə aşağı enəcəyi gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Bakı və Abşeron yarımadasında orta aylıq temperaturun 4-7 dərəcə isti, birinci ongünlüyün ortalarında 1-3 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır .

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında Orta aylıq temperaturun 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 1-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 2-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın