Menu
Geri İrəli

Deputat Saraydakı qətldən yazdı: `Dəhşətli bir faciədir`

Müəllif: sumqayitxeber.com • Tarix: 9 İyun 2015 • Baxış sayı: 832 dəfə • Şərh yoxdur
Share Button

qenire3

Millət vəkili Qənirə Paşayeva bələdiyyə sədri və həyat yoldaşının dəhşətli qətlindən yazıb.

AzVision.az-ın məlumatına görə, millət vəkili hadisə ilə bağlı fikirlərini sosial şəbəkədə paylaşıb:

“Bir az öncə Saray qəsəbəsinin bələdiyyə sədri Vəsilə xanımın və həyat yoldaşı Vəfadar Əbilhəsənovun yas mərasimində iştirak etdik. Çox dəhşətli bir faciədir. Ailənin balaca uşaqlarının bu dəhşətli faciəni görmələri isə bir başqa dəhşətdir. Sözlə ifadə edilməyəcək qədər ağır bir faciədir. Allahdan Vəsilə xanıma və həyat yoldaşına rəhmət, əzizlərinə səbr diləyirik. İnşallah bu faciəni törədən layiq olduğu cəzanı alacaq. Amma anasız və atasız böyüyəcək o iki günahsız körpənin içərisindəki acını azaltmaq çox çətin olacaq. Həm də çox çətin. Allah onlara yardımçı olsun”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın