Menu
Geri İrəli

Deputat Sumqayıtın icra başçısının kabinetindəki mebeldən danışdı

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Yanvar 2016 • Baxış sayı: 965 dəfə • 1 şərh

vahid-Milli Məclisin deputatı Vahid Əhmədov avropa.info-ya müsahibə verib.

Deputat son günlər müzakirə mövzusuna çevrilən Naxçıvan Avtomobil Zavodunun maşınları haqda danışıb. Yerli məhsulların satışını həyata keçirmək üçün yerli malların satış bazarına ehtiyac olduğunu qeyd edib.

Bundan başqa, Vahid Əhmədov prezident İlham Əliyevin Azərbaycanda istehsal olunan mallara diqqət çəkməyini də yüksək qiymətləndirib. O, yerli mebellərdən istifadə edən məmurlara misal da çəkib: “Ümumiyyətlə, bizim bazar münasibətlərimizdə mövcud olan bir çox problemlər var. Məhsulun yerli bazarlarda satışına da inhisarçılıq, idxal, ixrac əməliyyatlarındakı problemlər kimi mane olan məsələlər var. Bu məsələlər də kompleks şəkildə kökündən həll olunmalıdır ki, alıcılarda da yerli məhsullara maraq oyansın.

Məsələn, dünən mən Sumqayıtın icra başçısı Zakir Fərəcovla görüşə getmişdim. Onunla söhbət əsnasında otağındakı mebellər gözümə dəydi. Çox gözəl mebel olduğu üçün harada istehsal olunduğunu soruşdum. O da öz növbəsində mebellərin xaricdə deyil, Saray qəsəbəsində yığıldığını dedi. Sizi inandırım ki, çox gözəl də mebellər idi və xaricdə istehsal olunanlardan heç də geri qalmırdı”.

Facebook Şərhləndirmə:

“Deputat Sumqayıtın icra başçısının kabinetindəki mebeldən danışdı” yazısına bir cavab

  1. Edalet deyir:

    Bawci mebelin deyiwib yerli istesal edib lap yaxwi,sülh küçesinin yolunda açsa lap yaxşi olar çünkü orada alver ölüb dükanlar bağlanir,acliqdi,birde yolu bağlayínca gelsin Nizami küçesi ile M.Ezizbeyov küçesinin kesiwmesine sfetofor qoysun her gün qeza olur bele şeylere fikir versiler e boş- boş binaya bezek vurmaq lazim deyi.

Şərhinizi yazın