Menu
Geri İrəli

Deputat Türk Hava Yollarını məhkəməyə verdi

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Oktyabr 2013 • Baxış sayı: 168 dəfə • Şərh yoxdur

Milli Məclisin deputatı Çingiz Qənizadə beynəlxalq uçuşları həyata keçirən Türk Hava Yollarını məhkəməyə verib. Bu iş üzrə noyabrın 4-də Yasamal Rayon Məhkəməsində hazırlıq iclası keçiriləcək.

“Qafqazinfo”nun məlumatına görə,  THY-nin məhkəməyə verilməsinə səbəb deputatın xarici ölkələrin birindən səfərdən qayıdarkən onun xəbəri olmadan biletinin uçuş tarixinin başqa günə dəyişdirilməsi olub. Ç.Qənizadə buna  aydınlıq gətirilməsini tələb etsə də, onun istəyinə laqeyd yanaşılıb.  Deputat uçuşdan imtina edərək başqa xidmətdən istifadə edib. Və Azərbaycana qayıtdıqdan sonra  THY-nı məhkəməyə verib.

Deputat THY-nın  ondan üzr istəmisini tələb edir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın