Menu
Geri İrəli

DİN-dən rəis müavini açıqlaması: “Sumqayıt Şəhər Mühafizə İdarəsində köməkçi olub…”

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Aprel 2015 • Baxış sayı: 884 dəfə • 1 şərh
Share Button
“Novruz Mikayılovun rəis müavini kimi təqdim olunması düzgün deyil, bu informasiya həqiqətdən uzaqdır”.
 226739
Bunu virtualaz.org saytına açıqlamasında Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə mətbuatda Sumqayıt Şəhər Mühafizə İdarəsi rəisinin müavini Novruz Mikayılovun oğlunu hüquq-mühafizə orqanlarında işə düzəldərkən dələduzluqla üzləşməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
DİN rəsmisi bildirdi ki, N.Mikayılov rəsi müavini yox, Sumqayıt Şəhər Mühafizə İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi olub.
O.Mansurzadə N.Mikayılovun 2008-ci ildə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərildiyini də əlavə etdi.
Facebook Şərhləndirmə:
Share Button

“DİN-dən rəis müavini açıqlaması: “Sumqayıt Şəhər Mühafizə İdarəsində köməkçi olub…”” yazısına bir cavab

  1. Vusal deyir:

    İş axtarıram. Photoshopda, world və excel proqramlarında işləməyi bacarıram. Mühafizəçi də işləyə bilərəm. Minimum 250 AZN.

Şərhinizi yazın