Menu
Geri İrəli

DİN-dən Sumqayıtda baş verən ağır qəza ilə bağlı MƏLUMAT

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Yanvar 2016 • Baxış sayı: 1,729 dəfə • Şərh yoxdur

DİN-dən Sumqayıtda baş verən ağır qəza ilə bağlı MƏLUMAT

 Daxili İşlər Nazirliyi Sumqayıtda baş verən ağır qəza ilə bağlı məlumat yayıb.

Lent.az-ın nazirliyinin saytına istinadən məlumatına görə, Sumqayıt şəhərində “VAZ-21015” və “Chery” markalı avtomobillər toqquşub. Yanvarın 16-da saat 23 radələrində Sumqayıt şəhərində şəhər sakini Siyasət Bağırovun idarə etdiyi “VAZ-21015” və Bakı şəhər sakini Nizami Qocayevin idarə etdiyi “Chery” markalı avtomobillər toqquşub. Nəticədə S.Bağırovun sərnişini, həmyerliləri Vüsal Orucov hadisə yerində ölmüş, özü və digər 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın