Menu
Geri İrəli

DİQQƏT!

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Noyabr 2011 • Baxış sayı: 563 dəfə • 1 şərh
Share Button

Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda satışda olan balıqların monitorinqi zamanı neqativ hallar aşkarlanıb

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda satışda olan hisə verilmiş balıqların monitorinqi zamanı bəzi neqativ hallar aşkarlayıb. Bu haqda APA-ya RGEM-in qidalanma bölməsinin müdiri İmran Abdullayev bildirib. Hisə verilmiş balıqların mikrobioloji göstəricilərinin yoxlanıldığını deyən İ. Abdullayev bildirib ki, bəzi məhsullarda bakterioloji çirklənmə müşahidə olunub: “Buna səbəb balığın təmizlənməsinin, duzlanmanın düzgün aparılmaması, və ya saxlanma şəraitinin düzgün olmamasıdır. Balıq elə təmizlənməlidir ki, onda mikroorqanizmlər qalmasın. Bu məhsullar açıq havada saxlanılır, ona görə də mağazalarda onu elə saxlamaq lazımdır ki, bakterioloji çirklənməyə məruz qalmasın”.

İ. Abdullayev həmin məhsullardan təkrar nümunələrin götürüldüyünü deyib. Onun sözlərinə görə, monitorinqin nəticələri yaxın günlərdə açıqlanacaq.

Facebook Şərhləndirmə:
Share Button

“DİQQƏT!” yazısına bir cavab

Şərhinizi yazın