Menu
Geri İrəli

DİQQƏT! Azərbaycanda geomaqnit qasırğası gözlənilir

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Mart 2014 • Baxış sayı: 431 dəfə • Şərh yoxdur

gunes25Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası yaxın 3 gün ərzində (29,30,31 mart tarixlərində) müşahidə olunacaq kosmik hava proqnozunu (Günəş aktivliyi və geomaqnit qasırğa) açıqlayıb.

APA-nın AMEA Şamaxı Astrofizika Rəsədxanasının saytına istinadən verdiyi xəbərə görə, rəsədxananın direktor müavini Elçin Babayev bildirib ki, proqnozlaşdırılan günlərdə kosmik hava stabil vəziyyətdə olacaq.

Onun sözlərinə görə, hazırda günəşin diskinin 9 regionunda 125 müxtəlif ölçülərdə ləkələr müşahidə olunur. Bu ayın son gülərində əvvəlki günlərdə olduğu kimi Günəşin alovlanma aktivliyinin orta səviyyədə qalacağı, onun yayılmasının orta enerjidə-M klass və zəif həddə ola biləcəyi proqnozlaşdırılır.

Kosmik havanın öyrənilməsi istiqamətində aparılan analizlərin nəticəsi göstərir ki, proqnozlaşdırılan günlərdə ümumi (planetar) geomaqnit vəziyyət orta gərginlikdə olacaq.

Bu günlərdə meteoroloji şəraitin tez-tez və kəskin dəyişməsi risk qrupuna daxil olan xroniki xəstəliklər, yaşlı insanlar və uşaqların səhhətində narahatlıq-diskomfort hissi yarada bilər. Meteohəssas insanlara həkimlərin məsləhəti ilə profilaktik tədbirlərin görülməsi tövsiyə olunur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın