Menu
Geri İrəli

DİQQƏT! Sumqayıtda bu yollar bağlı olacaq – SİYAHI

Müəllif: sumqayitxeber.com • Tarix: 3 May 2016 • Baxış sayı: 5,025 dəfə • Şərh yoxdur
velo-sumqayitMayın 4-də saat 12.00-dan 14.30-dək Sumqayıt şəhərinin bir sıra mərkəzi küçələrində nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.
Nəqliyyat vasitələrinin hərəkəti həm paytaxtda, həm də bölgələrdə məhdudlaşdırılacaq.
Azərbaycanda mayın 4-dən 8-dək “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun növbəti yarışları keçiriləcək.
Yarışla əlaqədar bəzi yollarda hərəkət məhdudlaşdırılacaq. “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar may ayının 4-də saat 12.00-dan 14.30-dək Sumqayıt şəhərinin bir sıra mərkəzi küçələrində nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.
Sumqayıt sürücülərinin nəzərinə çatdırırıq ki, sözügedən saatlarda “Səməd Vurğun küçəsi- Azərbaycan prospekti – Heydər Əliyev prospekti – A. Quliyev küçəsi- N. Nərimanov küçəsi – Zülfü Hacıyev küçəsi – Üzeyir Hacıbəyli küçəsi – Zülfü Hacıyev küçəsi – Heydər Əliyev prospekti – Sülh küçəsi – Səməd Vurğun küçəsi” marşrutu üzrə nəqliyyatın hərəkəti dayandırılacaq.
Göstərilən vaxtda həmin istiqamətlərə alternativ yollardan istifadə olunması xahiş olunur.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın