Menu
Geri İrəli

Doğru qərarı necə verməli?

Müəllif: Sumqayitxeber.com • Tarix: 6 Avqust 2015 • Baxış sayı: 418 dəfə • Şərh yoxdur

11811488_983414028348398_9137035558203473855_n“Reduco Run” Karyera və Şəxsi İnkişaf Mərkəzi gənclərin istəklərini nəzərə alaraq 9 avqust tarixində növbəti seminarını təşkil edir. 
“Karyera hədəfi: doğru qərarı necə verməli?” mövzusundakı seminarı Samir Məmmədov aparacaq.

Təlimdə aşağıdakı suallara birlikdə cavab tapmağa çalışacağıq:
- Niyə öz işimizi tapa bilmirik?
- Karyera qurarkən ən çox buraxılan səhvlər
- Uğur və ya xoşbəxtlik?
- Niyə insanları ittiham edirik və qınayırıq?
- Bəxt, şans nədir, necə işləyir?
- Stres və depressiyanın səbəbləri, idarə olunması
- Şəxslərarası münasibətlər
- Xəyal və Hədəf anlayışı
- Acı və Acıya qarşı dirənmə
- Tənhalıq
- Uğursuzluq qorxusu
- Qərarsızlıq və qərar vermə mexanizmi

Təlimçi: Samir Məmmədov 2000-ci ildə Türkiyənin Qazi Universitetinin Beynəlxalq Əlaqələr fakultəsindən məzun olub. Karyerasına məhz Türkiyədə başlayıb. Turizm, pərakəndə və topdan satış, beynəlxalq ticarət sahəsində 8 illik təcrübəyə malikdir. “Azərkimya” İstehsalat Birliyində iqtisadçı, “Azərenerji” ASC-nin Xarici Əlaqələr şöbəsində məsləhətçi vəzifələrində işləyib. 2006-2014-cü illər arası Azərbaycan Respublikası Vergilər Nazirliyində Vergi borclarının alınması işinin təşkili idarəsində baş dövlət vergi müfəttişi vəzifəsində çalışıb. 2014-cü ildən etibarən Fərdi İnkişaf &Test Mərkəzini təsis edib. Karyera və peşə seçimi, pərakəndə və topdan satış, beynəlxalq ticarət, motivasiya mövzularında təlimlər keçir.

Təlimin Detalları:
Tarix: 9 avqust
Saat: 16:00: 19:00
Seminara giriş: ödənişsiz
Qeydiyyat üçün əlaqə vasitələri:
Tel: +994186480808
+ 994 55 794 64 96
Ünvan: Sumqayıt şəhəri, 16-cı mikrorayon, İsmət Qayıbov küçəsi, 211/1

Facebook Şərhləndirmə:

Şərhinizi yazın