Menu
Geri İrəli

Dollarla götürülmüş kreditlərin taleyi necə olacaq?

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Fevral 2015 • Baxış sayı: 4,435 dəfə • 4 şərh

anarMərkəzi Bankın İdarə Heyətinin qərarına əsasən, manat ABŞ dolları və avroya nisbətdə ciddi şəkildə ucuzlaşdırılıb. Belə ki, Mərkəzi Bankı 1 dolların məzənnəsini 1 manat 5 qəpik, 1 avronun məzənnəsini isə 1 manat 19 qəpik həddində müəyyən edib.

Bu qərar bu və ya digər formada 7-dən 77-yə hər kəsin marağına və qanuni mənafeyinə toxunur. Əhali təşviş içindədir desək şişirtməyə yol vermərik. İndi hər evdə dollar-manat debatı gedir. Kimisi bir neçə gün öncə manatını dollara çevirməsinin sevincini yaşayır, kimisi pullarını dəyişmədiyi üçün özünü qınayır, kimisi də bankdan götürdüyü kreditin dərdini çəkir. Dolların kursunun 78-79 qəpik olduğu müddətdə dollarla kredit götürən hər kəsi bir sual maraqlandırır: Mən kreditimi hansı kursla qaytarmalıyam? Birdən-birə 35% bahalaşma. Bu təxminən o deməkdir ki, 30%-lə götürdüyünüz krediti 65%-lə qaytarmalı olursuz.

Təbii ki, dolların bahalaşması müştərilərlə münasibətdə bankların xeyrinədir və banklar kreditlərin yeni kursla və dollarla qaytarılmasında maraqlıdırlar və müştərilərindən bunu tələb edəcəklər.

Bəs qanun nə deyir?

Mülki Məcəllənin 439.7-ci maddəsinə görə, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir.

Bu o deməkdir ki, tərəflər arasında bağlanan müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, borclu kredit müqaviləsi üzrə dollarla ödəməli olduğu kredit borcunu dolların bahalaşdığı gündən əvvəlki günün rəsmi məzənnəsi ilə manatla ödənilməlidir.

Müqavilədə başqa qayda nəzərdə tutulubsa?

Mülki Məcəllənin 442-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsaslarından biri də şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, şəraitin dəyişməsinə bərabər tutulur.

Bu halda kreditorla borclu razılığa gələrək öz aralarındakı müqaviləni dəyişmiş şəraitə uyğunlaşdırmalıdırlar.

Tərəflər razılığa gəlməzlərsə?

Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər:
1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər;
2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz;
3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı;
4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir.

Əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirməlidir.

Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə isə, müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir.

Göründüyü kimi, qanunvericilik hazırkı situasiyaya dair tərəflər arasındakı münasibətləri dəqiq tənzimləyir. Hər şey tərəflərin vicdanlılıq prinsipi ilə davranmasına bağlıdır. İndiki halda vicdanlılıq yükü dahaçox kreditorların üzərinə düşür. Kreditorlar (banklar) qanunvericiliyin tələblərinə dəqiq riayət etməli, müştəri ilə konfliktə getməməli, müqvilə şərtlərinə yenidən baxmalıdırlar. Bu olmazsa, söz üçüncü hakimiyyətin – məhkəmələrindir.

Vəkil Anar Qasımov, sumqayitxeber.com

Facebook Şərhləndirmə:

“Dollarla götürülmüş kreditlərin taleyi necə olacaq?” yazısına 4 cavab

  1. Amil deyir:

    13 Fevralda bankdan 4500 dollar goturmusuk mene sual verdiler ki pulu dollarla yadaki manatla isteyirsen mende manatla istedim onlar odenisi milli pulla hesablayib ayda 248 azn yazdilar menimde bu odenise gucum catir amma deseleki yox dollarla ode onda men hec ora bir manatda bele odemeyeceyem ozleri bilermeni oldermeyeceklerki.

  2. eli memmedov deyir:

    men 21.01.2015 ci ilde centindentron maqazalar sebekesi sirketinden LG televizoru almisam onuda unibankin FlexiCredi sobesinde kreditle muqavile baqlanan vaxti Bayram muellimle skayp vastesi ile elaqe saxlanildi muqavile dollala baqlananda menetiraz etdim onlar ise mene dediler ki,robilem yoxdur olsa komeklik ederik televizorun qiymeti 1047 azn dir 2 illik 77 dollardan odemek serti ile muqavile baqlandi 19.02.2015 ci ilde televizor aldiqim adama samire zeng vurdum ki dollarin qiymeti qalxir men televizoru qaytariram o ise mene dedi ki,bank biler men o gunden bu gune qeder muqavileni legveletdire bilmedim mene 1000 cure bahaneler getirdiler indi mem 1087 aznlik mala 1940 azn 40 qepik odemeliyem bu necur qanundur ozum ise susa vetendasiyam hal hazirda zaqatalada yasayiram xahis edirem mene yol gosterin.

  3. Tahir deyir:

    ALLAH BELALARINI VERSIN.Milletin puluynan arvadlari qizlari botokslar edir.Mən basa dusmurem Naxcivanlilara v
    əsayiti tapib 105 odetdirirler bize gelende vesayit yoxdu deyirler .Deyesen Naxcivandakilar ermenidiler biz muselman.Qoyun muselman

  4. xuraman deyir:

    Mənim Unibankdan şikayətim var mənim yoldaşlm marşrutda işləyir. 2013-cü ildə unibankdan 1000-dollar(kursu 78-manatla)zaminə xəbərdarlıq etməməlidirlər pul götürəndə yoldaşımdan dövlət işində işləyən zamin istədilər mən ona iş yoldaşımı apardım qol çəkdi zaminliyə .Unibankın işçisi mənim zamin rəfiqəmi aldadıb bir illik müqaviləyə qol çəkdirmək əvəzinə 5-illik zaminlik xəttinə salıblar bu o deməkdir ki borc götürən 5-il müddətinə 10000-manata qədər pul götürə bilər zaminə xəbərdarlıq etmədən.yoldaşım 2013-dən bu yana 3-dəfə pul götürüb 3-cü dəfə artıq dollar 2-dəfə bahalaşdı və yoldaşım pulu verə bilmədi.zamini çağırdılar dəfələrlə zəng etdilər məhkəməyə verdilər zamini.4-cü dəfə yoldaşımın kreditinin müddətini 30-neçə aya uzatdılar faizi daha da qalxdı 30-35-faizə qədər .yazıq qadın özünü öldürür ki niyə mənə 5 illiyə qol çəkdirmisiz axı mən elə bildim ki borc götürən 1-illik götürür ona görə də gedib qol çəkdim bilsəydim belə bir fırıldaq var mən qol çəkməzdim zaminliyə mən bilmək istəyirəm ki bu necə dövlətdir ki onun bankı min bir fırıldaqdan çıxır heç kim də şikayətə baxmır zaminə bəyəm 5-il ərzində 4-dəfə pul götürülüb müddəti uzanıbsa niyə zaminin xəbəri yoxdur bu necə qanundur ?zaminliyi necə ləğv etmək olar??

Şərhinizi yazın