Menu
Geri İrəli

Dövlət Komitəsindən Sumqayıtda yeni tikintilərlə bağlı XƏBƏRDARLIQ

Müəllif: sumqayitxeber.com • Tarix: 4 May 2015 • Baxış sayı: 987 dəfə • Şərh yoxdur

yeni tikiliDövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bu ilin 30-31 mart tarixlərində Bakı, Sumqayıt şəhəri və Abşeron rayonlarının icra hakimiyyətlərinə icrası məcburi olan əsaslandırılmış göstəriş ünvanlanıb.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, həmin göstərişə əsasən, binaların yol verilən hündürlük həddi və mərtəbələrin sayı, ərazinin tikinti və tikinti sıxlığı əmsalına dair şəhərsalma normalarını pozan, inşasına yeni başlanan tikintilər üzrə tədbir görülməsi və bu barədə komitənin məlumatlandırılması tapşırılıb.
Eyni zamanda həmin tikintiləri layihələndirən layihələndirmə təşkilatlarına xəbərdarlıq edilib ki, şəhərsalma normalarının pozulması üzrə analoji xətaların təkrarlandığı təqdirdə layihələndirmə işlərinə dair lisenziyaları dayandırılacaq.

 

Yoxlanılmış tikinti obyektinin

adı və ünvanı

sifarişçisi

layihəçisi

1

2

3

4

Bakı şəhəri

1

Nizami rayonu, 2539-cu məhəllə, Ə.Əzimzadə, R.Rüstəmov 23 və K.Balakişiyev 46 küçələrinin kəsişməsində, 16 mərtəbəli yaşayış binası

“FVS-İnşaat” MMC

“Kon-Lay Projekt” MMC

2

Yasamal rayonu, Cəfər Cabbarlı və Məhəmməd Naxçıvani küçələrinin kəsişməsində, çoxmərtəbəli yaşayış binası

“De-Luks” MTK

“ARCHİ-CO” MMC

3

Nərimanov rayonu, 945-ci məhəllə, Ak. Həsən Əliyev küçəsində yüksək mərtəbəli yaşayış binası

“Nehrəm” Holdinq

“Kon-Lay Projekt” MMC

4

Nərimanov rayonu, N. Yusifbəyli küçəsində 23 mərtəbəli yaşayış binası

“REAL” MTK

“GENTECHS” MMC

5

Nizami rayonu,Q.Qarayev prospekti, Ə Hacıyev, T. Abbasov və A. Manafov küçələrinin kəsişməsində çoxmərtəbəli yaşayış binaları kompleksi

“Orbita” MTK

 ”Arxin-M LTD” MMC

6

Nizami rayonu, 2434-cü məhəllə, Özbəkistan küçəsi. 24G və 24F saylı ünvanlarda çoxmərtəbəli yaşayış binaları

“Körpü-Bina -Tikinti” MMC

“Kon-Lay Projekt” MMC

7

Nizami rayonu, Bəkir Çobanzadə, A. Hacıyev, Məhsəti Gəncəvi və Nəsimi küçələrinin kəsişməsində çoxmərtəbəli yaşayış binaları kompleksi

“Orbita” MTK

 ”Arxin-M LTD” MMC

8

Yasamal rayonu, Yeni Yasamal-1, Xarici dairəvi küçəsində 10 mərtəbəli yaşayış binası

“AMK-Yasamal” MMC

“FENİKS-AA” MMC

Sumqayıt şəhəri

1

6-cı mikrorayon, 25-27 saylı yaşayış binalarının qarşısında 7 bloklu 14 mərtəbəli yaşayiş binası

“Yusif-2014″ MTK

“Kon-Lay Projekt” MMC

2

16-cı mikrorayonda, İ.Qayıbov küçəsində 2 bloklu, 16 mərtəbəli yaşayış binası

“Bakı-XXI BM” MTK

“Ayan-A” MTK

3

18- mikrorayon, Niyazi küçəsində, 2 bloklu 16 mərtəbəli yaşayış binası

“NEW SİTY” MTK

“Memar-F.R.” MMC

4

Səməd Vurğun (H.Salayev) küçəsində, 1 bloklu 2 ədəd 12 mərtəbəli yaşayış binaları

“Polad-2008″ MTK

 ”Arxin-M LTD” MMC

5

Səməd Vurğun (H.Salayev) küçəsində, 5 ədəd 12 mərtəbəli (+ texniki mərtəbə) yaşayış binaları

“Kristal Abşeron” MTK

“Ayan-A Yaradıcılıq-İstehsalat” MTK

Abşeron rayonu

1

Masazır qəsəbəsi, Duz zavodu yolunda “Rahat Nəfəs yaşayış kompleksi

“YUSİF.A .İnşaat” MMC

“Arxitektura və Dizayn” MMC

2

Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi 1 saylı ünvanda “Yeni Masazır-A” yaşayış kompleksi

“F.İ.P” MMC

“Arxitektura və Dizayn” MMC

3

Xırdalan şəhəri, Heydər Əliyev prospekti ilə H.Əliyev küçəsinin kəsişməsində, (“Qafqaz” Universiteti istiqamətində Xırdalan şəhərinin girişidə) 3 girişli 12 mərtəbəli yaşayış binası

“Yeni Masazır-A” MTK

“Nigel” MMC

Facebook Şərhləndirmə:

Şərhinizi yazın