Menu
Geri İrəli

Dövlət Qulluğunda çalışmaq istəyənlərin nəzərinə – SUMQAYITDA DA VAKANSİYA VAR

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Aprel 2015 • Baxış sayı: 1,447 dəfə • 1 şərh
Share Button

 Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya bu gündən etibarən 31 dövlət orqanında 212 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edib. Lent.az-ın Komissiyaya istinadən verdiyi məlumata görə, həmin vakant 171-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 41-i isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

 Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları “Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması”nı mayın 14-ü, saat 18.00-dək Komissiyaya təqdim etməlidirlər.

 Müraciət Forması elektron, şəxsən və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər. Lent.az həmin vakant vəzifələrin siyahısını təqdim edir:

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (1 vəzifə üzrə 1 yer)
Gənclər və İdman Nazirliyi (35 vəzifə üzrə 35 yer)
Energetika Nazirliyi (33 vəzifə üzrə 38 yer)
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti (1 vəzifə üzrə 1 yer)
Kənd Təsərrüfatı Nazirliyi (43 vəzifə üzrə 48 yer)
Dövlət Statistika Komitəsi (44 vəzifə üzrə 49 yer)
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (5 vəzifə üzrə 5 yer)
Milli Televiziya və Radio Şurası (1 vəzifə üzrə 1 yer)
Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (7 vəzifə üzrə 7 yer)
Prezident yanında Ali Attestasiya Komissiyası (1 vəzifə üzrə 1 yer)
Gəncə Apellyasiya Məhkəməsi (1 vəzifə üzrə 1 yer)
Sumqayıt Apellyasiya Məhkəməsi (2 vəzifə üzrə 3 yer)
Şirvan Apellyasiya Məhkəməsi (3 vəzifə üzrə 10 yer)
Şəki Ağır Cinayətlər Məhkəməsi (3 vəzifə üzrə 4 yer)
Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi (2 vəzifə üzrə 2 yer)
Şirvan İnzibati-İqtisadi Məhkəməsi (1 vəzifə üzrə 3 yer)
Şəki İnzibati-İqtisadi Məhkəməsi (1 vəzifə üzrə 3 yer)
Bakı şəhər Nəsimi Rayon Məhkəməsi (1 vəzifə üzrə 2 yer)
Ağstafa Rayon Məhkəməsi (2 vəzifə üzrə 3 yer)
Bərdə Rayon Məhkəməsi (2 vəzifə üzrə 2 yer)
Şabran Rayon Məhkəməsi (2 vəzifə üzrə 2 yer)
Hacıqabul Rayon Məhkəməsi (4 vəzifə üzrə 4 yer)
Lerik Rayon Məhkəməsi (1 vəzifə üzrə 1 yer)
Qazax Rayon Məhkəməsi (3 vəzifə üzrə 3 yer)
Qobustan Rayon Məhkəməsi (1 vəzifə üzrə 1 yer)
Qusar Rayon Məhkəməsi (2 vəzifə üzrə 2 yer)
Şamaxı Rayon Məhkəməsi (1 vəzifə üzrə 1 yer)
Şəki Rayon Məhkəməsi (2 vəzifə üzrə 3 yer)
Şəmkir Rayon Məhkəməsi (1 vəzifə üzrə 2 yer)
Xaçmaz Rayon Məhkəməsi (3 vəzifə üzrə 3 yer)
Zaqatala Rayon Məhkəməsi (3 vəzifə üzrə 3 yer)

 

Facebook Şərhləndirmə:
Share Button

“Dövlət Qulluğunda çalışmaq istəyənlərin nəzərinə – SUMQAYITDA DA VAKANSİYA VAR” yazısına bir cavab

  1. afiq deyir:

    ali tehsilliyem

Şərhinizi yazın