Menu
Geri İrəli

Dünya Kuboku Sumqayıtda

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Avqust 2012 • Baxış sayı: 352 dəfə • Şərh yoxdur
Share Button
: FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Rəsmi Kuboku iyulun 6-da Beynəlxalq Muğam Mərkəzində keçirilən təntənəli püşkatma mərasimindən sonra FIFA tərəfindən FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinə təqdim olunub. Rəsmi Kubok bir müddət Azərbaycan Futbol Federasiyaları Assosiasiyanın inzibati binasında sərgilənəndən sonra, avqustun 6-da Kubok Sponsor Turuna başlayıb. Sponsor Turu zamanı Rəsmi Kubok çempionatın milli dəstəkçiləri olan SOCAR, Xalq Bank, Bakcell və Paşa Sığorta şirkətlərinin ofislərində yerləşdirilmişdi və beləliklə, geniş ictimaiyyətə təqdim olunmuşdu.
Avqustun 20-də Rəsmi Kubok ölkə Kubok Turuna başlayıb. Kubok turu çempionatın ev sahibi statusu daşıyan Lənkəran şəhərindən başlanğıcını götürərək, Gəncə və Sumqayıt şəhərlərindən keçməklə, Bakı şəhərinə qayıdır.
Avqustun 24-də Lənkəran şəhərində Heydər Əliyev adına parkda və  avqustun 24-də Gəncə şəhərinin Azadlıq meydanında keçirilmiş konsert proqramı bu dəfə Sumqayıtda təqdim olunub.
Göyərçin heykəlinin yanında yerləşən Yaşıl Teatrda 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatının Rəsmi Kubok Turunun təbliği məqsədi ilə möhtəşəm konsert proqramı keçirilib. Bu axşam konsert proqramında FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi dostu Çingiz Mustafayev, musiqiçi DJ “Merkury”, Azərbaycan Dövlət Rəqs Ansamblı “Odlar Yurdu” və gənclər arasında sevilən “Caspian Dreamers” qrupu çıxış ediblər.
Rəsmi Kubok xüsusi təyin olunmuş meydançada yerləşdirilib və konsert qonaqlarının böyük marağına səbəb olub. Hər kəs Rəsmi Kubok və çempionatın Rəsmi Maskotu Top Top Qız ilə şəkil çəkdirmək imkanını qazanıb.
Bundan əlavə, parkda çempionatın oyunlarının biletləri satılıb və qarşıdan gələn böyük futbol turnirinin təbliğat materialları paylanılıb. Konsert zamanı üz rəngləmə müsabiqəsi keçirilib, qaliblərə hədiyyələr və sürprizlər təqdim edilib.
Xatırladaq ki, konsertdən sonra Rəsmi Kubok Bakıya qayıdıb, sponsor turuna davam edəcək. Sponsor Turu zamanı Kubok SOCAR və Bakcellin ofislərində sərgilənəcək. Ölkə Kubok turunun növbəti və sonuncu konserti sentyabrın 15-də saat 20:00-da Bakı şəhərinin Dənizkənarı Milli Parkında keçiriləcək.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın