Menu
Geri İrəli

DSMF sədri Sumqayıt şəhərində qəbul keçirib

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Fevral 2016 • Baxış sayı: 524 dəfə • Şərh yoxdur

siaphoto_529400Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev fevralın 18-də Fondun Sumqayıt şəhər şöbəsinin inzibati binasında məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib.

DSMF-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fond sədrinin qəbuluna gələn Sumqayıt şəhərinin, Abşeron, Xızı, Qobustan və Qubadlı rayonlarının sakinləri əsasən pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, pensiya təyinatı, əmək pensiyası növünün dəyişdirilməsi, o cümlədən başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarında nəzərə alınması kimi məsələlərlə bağlı müraciət ediblər.
Görüş zamanı həmçinin, dövlət qulluqçusu kimi pensiya təyin olunması, əmək pensiyasının üzərinə qulluq stajına görə əlavənin hesablanması, əyani təhsil müddətinin staja daxil edilməsi və digər məsələlər barədə təklif və şikayətlər dinlənilib.

Bildirək ki, vətəndaşların rahatlığının təmin olunması məqsədilə Dövlət Sosial Müdafiə Fondunun sspf.gov.az rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, müraciət üçün əlaqə nömrələri göstərilib, qəbulda iştirak edənlərin Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana aparılıb- gətirilmələri təmin olunub.

Qeyd edək ki, fondun məsul əməkdaşlarının və Sumqayıt şəhərinin, Abşeron, Xızı, Qobustan və Qubadlı rayonlarının şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbul zamanı ümumilikdə 40-dan çox vətəndaşın müraciətinə baxılıb. “Açıq qapı” şəraitində davam etdirilən görüşdə Fond sədri E. Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verib. Qəbul zamanı Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətlərinə aid olmayan məsələlərə dair vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilməsi qərara alınıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın