Menu
Geri İrəli

Dünyanın ən çox qazanan yazıçıları – SİYAHI

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Avqust 2013 • Baxış sayı: 213 dəfə • Şərh yoxdur

“Bozun 50 çaları” romanının müəllifi ən varlı yazıçı oldu

“Bozun 50 çaları” romanı ilə bütün dünyada məşhurlaşan britaniyalı yazıçı E.L. Ceyms (əsl adı – Erika Leonard) “Forbes” jurnalının təşkil etdiyi planetin ən varlı yazıçıları siyahısında ilk pillədə qərarlaşıb. ANN.Az-ın verdiyi xəbərə görə, yazıçı 2012-ci ilin iyunundan 2013-cü ilin iyununa qədər 95 milyon dollar qazanıb.

Siyahının ikinci pilləsində amerikalı yazıçı Ceyms Patterson qərarlaşıb. Bu dövr ərzində onun illik gəliri 91 milyon dollar olub. Onun ən məşhur bestsellərləri amerikalı psixoloq Aleks Kross haqqındadır. Patterson həmçinin bir neçə kriminal mövzulu kitab yazıb.

Siyahının 3-cü pilləsini isə yeniyetmələr üçün “Ac oyunlar” blokbasterini yazan Syuzen Kollinz ələ keçirib. Kitabın ekranizasiya variantı təkcə prokatda 690 milyon dollar gəlir əldə edib, yazıçıya isə 55 milyon dollar qazandırıb.

Siyahının dördüncü pilləsində məşhur amerikalı teleaparıcı və “Linkolnu öldürmək”, “Kennedini öldürmək” kimi tarixi kitabların müəllifi olan Bill Oreyli qərarlaşıb. Onun gəliri 28 milyon dollar olub.

5-ci pillədə 26 milyon dollar gəlirlə 120-dən çox romanın müəllifi Daniel Stil yer alıb.

Populyar amerikalı yazıçı Den Braun bu dəfəki reytinq-siyahıda 9-cu ola bilib. Onun sonuncu romanı “İnferno” “Da Vinçi şifrəsi” və “İtmiş simvol” kimi uğur qazana bilməyib. Sonuncu kitabı müəllifə 22 milyon dollar qazandırıb.

ANN.Az

yazici

Facebook Şərhləndirmə:

Şərhinizi yazın