Menu
Geri İrəli

Dünyanın ən böyük xonçası Sumqayıtda təqdim olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Mart 2015 • Baxış sayı: 1,761 dəfə • Şərh yoxdur

1Sumqayıtda Novruz bayramı münasibətilə bayram tədbiri keçirildi. Şəhərin Bayraq meydanında əsl bayram ab-havası yaşanırdı. Onminlərlə şəhər sakininin toplaşdığı tədbirdə qədim adət-ənənələrimizi əks etdirən rəngarəng səhnələr qurulmuş, çadırlar quraşdırılmışdı.

Bu dəfəki Novruz tədbiri də maraqlı sürprizlərlə yadda qaldı. Tədbirə ilk öncə meydan tamaşası təqdim edildi. Bura nəhəng Troya atının daxil olması və döyüş səhnəsinin nümayiş etdirilməsi onminlərlə sakinin alqışlarına səbəb oldu.

Ardınca müxtəlif geyimdə milli və əcnəbi personajların keçidi oldu. Daha sonra Nəhəng Novruz gəmisi Sumqayıtın baş meydanına daxil oldu və hər kəsin maraqla gözlədiyi dünyanın ən böyük xonçası sumqayıtlılara təqdim edildi.

Bayram tədbiri respublikanın xalq artisti Zülfiyyə Xanbabayevanın və digər müğənnilərin iştirakı ilə baş tutan konsert proqramı ilə yekunlaşdı.

sumqayitxeber.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın