Menu
Geri İrəli

Dünyasını dəyişən 26 yaşlı ananın əməliyyat olunduğu Sumqayıt xəstəxanası hansıdır?

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Oktyabr 2013 • Baxış sayı: 213 dəfə • Şərh yoxdur

Pərvinə Hüseynova Sumqayıtdakı 1 saylı Doğum Evində əməliyyat olunsa da, bunun bizim doğum evinə heç bir aidiyyatı yoxdur”. Verilən bu qəribə cavabın izahı budur: 2 saylı Doğum Evi təmirə bağlanıldığı üçün onun personalı 1 saylı Doğum Evində fəaliyyət göstərir. Əməliyyatı da məhz 2 saylı Doğum Evinin həkimləri aparıb.

Modern.az əməkdaşının qeysəriyyə əməliyyatından sonra vəziyyəti pisləşmiş və Respublika Kliniki Xəstəxanasında keçinmiş 26 yaşlı ananın ölüm səbəbi ilə bağlı Sumqayıtdakı 2 saylı Doğum Evinin baş həkimi İmmə Ələkbərzadə ilə əlaqə saxlamaq cəhdi baş tutmayıb. Doğum evindən onun xəstə olduğu və işə gəlmədiyini söyləyiblər.

Qeyd edək ki, 26 yaşlı Pərvinə Hüseynova ANS telekanalının əməkdaşı Afət Telmanqızının qardaşının həyat yoldaşıdır.

Gültəkin ƏLƏSGƏR

Facebook Şərhləndirmə:

Şərhinizi yazın