Menu
Geri İrəli

“Əbu Bəkr” məscidinin imamı Sumqayıtdakı atışmaya münasibət bildirib

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Dekabr 2013 • Baxış sayı: 1,290 dəfə • Şərh yoxdur


“Əbu Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanov Sumqayıtda dini qruplaşmalar arasında baş verən atışmaya münasibət bildirib. 

 Qamət Süleymanov “Qafqazinfo”ya açıqlamasında Sumqayıtda baş verənlərlə bağlı geniş məlumata sahib olmadığını, lakin bunun hansısa radikal qruplaşmalar arasındakı anlaşılmazlıq olduğunu qeyd edib:

“Bildiyimə görə, onlar hansısa təriqətə mənsub olmayıblar. Vəhhabilik deyilən bir şey yoxdur, mətbuat sadəcə olaraq vəhhabi damğasını gündəmdə saxlamağa çalışır. Hər bir şeyi öz adı ilə adlandırmaq lazımdır. Biz hər zaman qeyri-müsəlmanları qınayırıq ki, nə baş verirsə bunun təqsirini müsəlmanlarda görürlər. Baş verən bir şeyi hansısa yola, dinə, əqidəyə mənsub etmək yanlışdır. Müsəlman müsəlmana silah qaldırmaz. Onlar radikaldırlar, hansısa başqa ad vermək lazım deyil”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Sumqayıtdakı hadisələrlə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, dekabrın 11-də saat 20.30 radələrində Sumqayıt şəhərinin 10-cu mikrorayonunda yerləşən “Çay evi”ndə ektremist təmayüllü “Xəvarici”lərlə “Sələfi” təriqətinə mənsub bir qrup şəxs arasında fikir ayrılığı zəminində münaqişə baş vermiş, nəticədə şəhər sakinləri Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri alıblar. Silahlı münaqişənin iştirakçısı olan 7 nəfər saxlanılıb.

qamet

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın