Menu
Geri İrəli

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sumqayıt çimərliklərində apardığı monitorinqin nəticələri

Müəllif: sumqayitxeber.com • Tarix: 30 İyun 2009 • Baxış sayı: 611 dəfə • Şərh yoxdur

Bakı və Sumqayıt çimərlik ərazilərindən götürülmüş nümunələr üzərində aparılan təhlillərin nəticələri
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssisləri Bakı şəhər Sanitar Epidemioloji Stansiyasının əməkdaşları ilə birgə Bakı və Sumqayıt çimərliklərində monitorinq keçirmişlər.
2009-cu il may ayının 12-dən iyun ayının 18-dək Abşeron yarımadasında çimərlik mövsümünə hazırlıqla əlaqədar Bakı və Sumqayıt çimərliklərində ekoloji vəziyyəti öyrənmək məqsədi ilə keçirilən monitorinqlər zamanı çimərlik ərazilərindəki 50 nöqtədən 153 su nümunəsi götürülmüş və onların üzərində 1032 fiziki-kimyəvi, kimyəvi və mikrobioloji təhlillər aparılmışdır.
Novxanı-Pirallahı (Novxanı bağlar sahəsinin şərq hissəsi, Pirşağı, Nardaran, Bilgəh, Buzovna, Mərdəkan-Şüvəlan) sahil zolağının modul tipli təmizləyici qurğular quraşdırılmış ərazilərində aparılmış tədqiqatların nəticələrinə görə dəniz suyu nümunələrində təyin olunan komponentlərin miqdarı norma daxilindədir (12.05-18.06.2009-cu il tarixində aparılan təhlillərin nəticələri və eyni zamanda 2007 və 2008-ci illər üzrə bu mənbələrdən götürülmüş nümunələrin orta göstəricilərinin müqayisəli vəziyyəti aşağıdakı cədvəldə verilmişdir). Gürgan və Novxanı bağları sahil zolağı ərazilərində mikrobioloji baxımdan zəif çirklənmə müşahidə edilmişdir. Çirklənmənin səbəbi müvafiq mənbələr üzrə Gürgan yaşayış massivindən, Sumqayıtın 5 və 6-cı mikrorayon ərazilərindən, Corat, Saray qəsəbələrindən və bağ massivlərindən, Novxanı bağları istiqamətindən daxil olan təmizlənməmiş çirkab sularıdır.
Əvvəllər daha çox çirklənməyə məruz qalan Novxanı-Sumqayıt sahil zolağında cari ilin iyun ayının əvvəlində ETSN tərəfindən quraşdırılaraq istifadəyə verilmiş 7 ədəd təmizləyici qurğuların fəaliyyəti hesabına, bu istiqamətdə çirkab suların təmizlənməsi müəyyən qədər təmin olunsa da, Sumqayıt istiqamətindən böyük həcmdə axıdılan kanalizasiya suları bu əraziləri çirklənməyə məruz qoyur. Şimal küləyi əsdikdə çirklənmiş ərazilərin sahəsi daha da genişlənir.
Aparılan təhlillərin nəticəsinə görə bu mənbələrin kəmiyyət və keyfiyyət göstəriciləri aşağıdakılardan ibarətdir:

1. Sumqayıt şəhəri, 5-ci mikrorayon istiqamətindən götürülmüş dəniz suyu nümunəsində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilində müəyyən edilmişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə isə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 273 000 ədəd/litrdir.

2. Corat qəsəbəsi istiqamətindən götürülmüş dəniz suyu nümunəsində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilində müəyyən edilmişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə isə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 181000 ədəd/litrdir.

3. Corat ərazisi, “Diana” istirahət mərkəzi qarşısından götürülmüş dəniz suyu nümunəsində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilində müəyyən edilmişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə isə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 122 000 ədəd/itrdir.

4. Corat ərazisi, “Gəmiqaya” restoranının qarşısından götürülmüş dəniz suyu nümunəsində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilində müəyyən edilmişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə isə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 47 000 ədəd/litrdir.

5. Corat ərazisi, “Sunsit” istirahət mərkəzi qarşısından götürülmüş dəniz suyu nümunəsində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilində müəyyən edilmişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə isə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 38 000 ədəd/litrdir.

6. Corat ərazisi, “Səma” istirahət mərkəzi qarşısından götürülmüş dəniz suyu nümunəsində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilində müəyyən edilmişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə isə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 17 000 ədəd/litrdir.

7. Novxanı “Aquapark” istirahət mərkəzi qarşısından götürülmüş dəniz suyu nümunəsində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilində müəyyən edilmişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə isə nümunə çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 15 000 ədəd/litrdir.

8. Novxanı çimərliyi ərazisindən götürülmüş dəniz suyu nümunəsində fiziki-kimyəvi və kimyəvi komponentlərin miqdarı norma daxilində müəyyən edilmişdir. Aparılmış mikrobioloji tədqiqatların nəticəsinə görə isə nümunə zəif çirklidir. Bağırsaq çöpü bakteriyalarının sayı 5 600 ədəd/litrdir.

Facebook Şərhləndirmə:

Şərhlər bağlıdır.