Menu
Geri İrəli

Eldar Əzizov: “Hər ay Sumqayıta 700 nəfər miqrasiya edir”

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Sentyabr 2013 • Baxış sayı: 325 dəfə • 11 şərh

“İş var ki, gəlirlər. Deməli şəhərimiz inkişafdadır”

Bunu Hacı Zeynalabdin qəsəbəsinin sakinləri ilə görüşdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

 sumqayitxeber.com saytı “Xeberle.com”-a istinadən xəbər verir ki, qəsəbədə keçirilən açıq mikrofonda sakinlərin problemlərini dinləyən icra başçısı sumqayıtlıların yaşayış səviyyəsinin yaxşılaşdığını bildirib. O, I rübün yekinlarını təhlil edərkən təəccübünü gizlətmədiyini qeyd edib: “Bu gün sumqayıtlılar daha da yaxşı yaşamağa başlayıblar. Məlumat üçün deyim ki, biz I rübü təhlil edəndə təəccübləndik. I rübdə Sumqayıta 6000 ədəd yeni maşın gətirilib”.

 Eldar Əzizov şəhərdə sıxlığın da müşahidə olunduğuna diqqət çəkib. Şəhər rəhbərinin sözlərinə görə, Sumqayıtda bir sıra problemlər var: “Problem var, tıxaclar yaranır. Biz artıq icra hakimiyyətində müzakirələr aparırıq ki, Sumqayıtın əsas girişi hissəsi olan Sülh küçəsində yolları necə genişləndirək. Çünki saat 5-dən sonra ordan keçmək olmur”.

 O, çıxışında şəhərə kənardan insanların iş dalınca gəldiyinə də toxunub. E. Əzizov  hər ay zavodlarda işləmək üçün 700 nəfərin Sumqayıta miqrasiya etdiyini sözlərinə əlavə edib: “İş var ki, gəlirlər. Deməli şəhərimiz inkişafdadır”.

Facebook Şərhləndirmə:

“Eldar Əzizov: “Hər ay Sumqayıta 700 nəfər miqrasiya edir”” yazısına 11 cavab

  1. Kamal deyir:

    Cenab başçı bəs nə qədər adam Sumqayitdan köçür?

  2. Samie Musayeva deyir:

    Hardadir o isyerleri deyin biz her gun Bakiya gelmek mecburiyyetinde qalmayaq

  3. Lamiyye deyir:

    Goresen Cenab icra bascimiz harda qalir, Bakida yoxsa Sumqayitda ? :)

  4. İlqar deyir:

    He, bizde masin telefon iqtisadi inkisaf gostericisidir. Seher sakinleri hamisi banklardan asili qalib.

  5. Rena deyir:

    Eldar muellim duz deyir. Seherimiz inkisaf edir. BEzi adamlarin gozu goturur

  6. Vasif deyir:

    Eldar muellim gelenden sonra sheherimiz cox inkishaf eledi. Goz qabaqindadir her shey

  7. Polad deyir:

    Menim mahinim yoxdur o 6000 masini kim getirib deyek birin de mene versin )

  8. Kamal deyir:

    Rena xanim siz ozunuz de inkisaf elemisiniz gorunur )

  9. Eldar deyir:

    Sumqayitin gozellesdiyini deyenler zovqsuzlerdi. bir azdan Sumqayit geceqondu sehre cevrilecek. o kenis kucelerden, mehelle arasi genis yollardan eser-elamet qalmayib, avtomobil yolunda komersiya obyektleri tikilib, parklar ve yollar satilib. Sumqayiti sevenlerin ureyinden qara qanlar axir((((( is yerlerine gelende ise – axirinci 3 ilde 3 kimya zavodu baglanib, 2500 is yeri baglanib…. budur inkisaf? Qocalarimiza, qadinlarimiza hormetsizlik elameti kimi kucelere qoyulan hundur bardurlardan danismiram. basqasindan kicik bardur almaq olmazmi? gerek ele ozunuzunki satila yalniz? 14 mertebenin yaninda yolarasi saheye agac ekmek evezine, bank tikilmesi ucun satildi. bilirsiniz neceye?

  10. Eldar deyir:

    menim evvelki serhimi sildiyinize gore aydin olur ki, siz de icra bascisina isleyirsiniz… ayib olsun size. bundan sonar (ele indi de) ekrani scrin eleyib basqa qezetlere gondereceyem ki, millet sizin satqin oldugunuzu gorsun.

  11. Eldar deyir:

    uzr isteyirem, eveelki serhimi gormeyende bunu yazmisdim, indi gorundu.. bagislayin yalnis fikirlesdiyim ucun

Şərhinizi yazın