Menu
Geri İrəli

Eldar Əzizov: “Biz çalışırıq ki, vəzifələrə əsasən sumqayıtlıları təyin edək”

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Avqust 2013 • Baxış sayı: 270 dəfə • Şərh yoxdur

sumqayitxeber.com saytı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Publika.Az-a qısa müsahibəsini təqdim edir:

-Son vaxtlar bir sıra KİV-lərdə sizin haqqınızda məlumatlar yayılır. Barənizdə yazılanları görəndə ilk reaksiyanız necə olur?
-Mən hər gün 10-a qədər qəzet alıb oxuyuram, ancaq oxumadığım qəzetdə Sumqayıt və ya mənimlə bağlı nə isə yazılırsa, bununla əlaqədar köməkçilər mənə məlumat verir. Bilirsiniz, Azərbaycanda çıxan bütün qəzetləri oxuyub əhatə etmək qeyri-mümkündür.

-Misal üçün, yazırlar ki, guya icra  hakimiyyətinin başçısı Sumqayıtda obyektləri sökdürür və sairə. Buna münasibətiniz necədir?
-Bilirsiniz, ümumiyyətlə, son 3-4 ayda heç bir yerdə obyekt sökülməyib. Mən tam məsuliyyətimlə deyirəm ki, bu cür məlumatlar şişirdilib, cəfəngiyatdır.İndi icra başçısı obyekt sahiblərinə müdaxilə edə bilmir. Bu da böyük nailiyyətdir. İndi biz bazar iqtisadiyyatı yolu ilə gedirik. Hər hansı obyekti bağlamaq və yaxud da açmaq başqa qurumların səlahiyyətində olan məsələdir. Biz ancaq küçəyə baxan binanın normal təmir olunmasını, memarlıq üslubunun nəzərə alınmasını və digər bu kimi məsələləri tələb edə bilərik.

-Sonra, yazırlar ki, siz Gəncədən Sumqayıta gələndən sonra öz kadrlarınızı da bura gətirmisiniz. Bu nə dərəcədə doğrudur?
-Gəncədən gələndə xeyli deyil, bir-iki nəfər adam gətirmişəm. Qalanların hamısı yerli adamlardır. İndi biz çalışırıq ki, vəzifələrə əsasən sumqayıtlıları təyin edək.
O ki qaldı öz kadrlarımı gətirməyimə, bu, yeni bir şey deyil. Dünyanın hər yerində hər hansı rəhbər seçiləndə onun öz komandası olur. Bu komandaya köməkçi və bir-iki işçi daxil olur. Çünki bu işçilərin sənin tələblərini yaxşı bilir və onlarla işləmək asan olur. Ancaq bütövlükdə İcra Hakimiyyətində işləyənlərin 90 faizi sumqayıtlıdır. Misal üçün, 4 nümayəndəlik yaradılıb. Biz çalışdıq və məhdudiyyət də qoyduq ki, orada çalışan adamlar 35 yaşadək, yəni gənc nəslin nümayəndələri olsunlar. İndi də onların hamısı sumqayıtlıdır.

-“Nabran Holiday Village” istirahət mərkəzinin rəhbəri, sabiq deputat Nizami İsgəndərovla sizin tanışlığınızın olması da iddia olunur…
-Mən Nizami İsgəndərovu tanımıram. Mənim onunla heç bir görüşüm olmur və onunla bağlı hər hansı problemim də yoxdur. Nizami İsgəndərovun obyekti Xaçmazda yerləşir, onun Sumqayıta heç bir aidiyyatı yoxdur.

Vasif

Facebook Şərhləndirmə:

Şərhinizi yazın