Menu
Geri İrəli

Eldar Əzizov jurnalistlərlə görüşdü

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Oktyabr 2013 • Baxış sayı: 381 dəfə • 2 şərh
Ötən gün Sumqayıt şəhər İcra Hakmiyyətinin başçısı Eldar Əzizovla bir qrup sumqayıtlı jurnalistlərin görüşü keçirildi. Sumqayıtın 10-dan cox jurnalistinin qatıldığı görüş 4 saat yarım davam etdi. Görüşdə  Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər Təşkilatının sədri  Rafiq Oday,  “Sumqayıt” qəzetinin baş redaktoru Qüdrət Məlikov,  “Azərtac”ın müxbiri Ətrabə Rzayeva, “Exo Sumqaita” qəzetinin baş redaktoru Eyruz Məmmədov,  “168 saat” qəzetinin baş redaktoru Vüsal Məmmədov, “168saat.com”  xəbər saytının baş redaktoru Elşən Allahverdiyev,  “Sumqayitxeber.com” xəbər saytının təsisçisi və baş redaktoru Eyvaz Qocayev,  xeberle.com xəbər saytının həmtəsisçisi və baş redaktoru Ramil Zeynallı, xeberle.com xəbər saytının həmtəsisçisi və “168 saat” qəzetinin redaktoru Elnur Ağayev, ”Məslək” qəzetinin baş redaktoru Ucal İldırım, “Dünya” TV-nin Xəbərlər departamentinin direktoru Nizami Rəsulov, “Günəşli sabah” qəzetinin baş redaktoru Aygün Hacıyeva, “İdeal market” qəzetinin baş redaktoru İlhamə Məhəmmədqızı, “Yeganə yol” qəzetinin baş redaktoru Firdovsi Cəfərxanın qatıldığı görüşdə  çıxış edənlər Sumqayıtda mövcud olan problemləri icra başçısının diqqətinə çatdırdılar. İcra başçısı da problemlərin həlli ilə bağlı müvafiq şəxslərə tapşırıqlarını verdi.
 Eldar Əzizov Şəhidlər xiyabanı ilə bağlı məsələyə toxunaraq qeyd edib ki, artıq eskiz layihə hazırlanır və bunun üzərinə iş gedir. Şəhər rəhbəri həmcinin onuda vurğulayıb ki, orada təmir işləri aparılacaq və 20 yanvar abidəsi ucaldılacaq . Şəhidlər xiyabanında qoyulacaq 20 Yanvar abidəsinin eskizi jurnalistlərə nümayiş olunub. 

 

Facebook Şərhləndirmə:

“Eldar Əzizov jurnalistlərlə görüşdü” yazısına 2 cavab

  1. Rafiq Oday deyir:

    Salam, 2-ci abzasın 1-ci cümləsi qüsurludur. Xahiş edirəm diqqət yetirəziniz.

  2. Rafiq Oday deyir:

    Salam, 2-ci abzasın 1-ci cümləsi qüsurludur. Xahiş edirəm diqqət yetirəsiniz.

Şərhinizi yazın