Menu
Geri İrəli

Eldar Əzizov: “Mən heç kimlə əlbəyaxa olmamışam”

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Fevral 2013 • Baxış sayı: 500 dəfə • 4 şərh
Share Button

 Sumqayıt şəhər icra başçısı Eldar Əzizovla icra hakimiyyətində  baş məsləhətçi  işləyən Seyfəddin Rəhimov arasında əlbəyaxa davaya  çevrilən davanın olması ilə bağlı mətbuatda gedən xəbərlərə icra başçısı münasibət bildirib.

Moderator.az-a açıqlamasında isə Eldar Əzizov bildirib ki, bu barədə xəbər yalandır: “Həmin şəxsin özü narahat olub, belə bir məlumat yayılmasından. Görünür, mövzu qıtlığıdır. Ona görə belə bir uydurma xəbərlə ictimaiyyəti çaşdırmaq istəyirlər”.

Eldar Əzizov sahibkarlara münasibətinin kəskin olmasına dair də sualımızı cavablandırıb. Onun sözlərinə görə, sahibkarlarla heç bir problemi yoxdur: “Mən açıq mikrofon təşkil edirəm. Növbəti dəfə sizi də dəvət edə bilərəm. Gəlin, baxın görün  necə söhbətimiz olur. Məndən ancaq qanunsuz tikililərin sahibləri narazı qala bilər. Sumqayıtlılar fəaliyyətimdən razıdır və ictimai görüşlərdə bunun şahidi oluram”.

Facebook Şərhləndirmə:
Share Button

“Eldar Əzizov: “Mən heç kimlə əlbəyaxa olmamışam”” yazısına 4 cavab

  1. Vugar deyir:

    Gorəsən Hörmətli Eldar muellim yaşayış binalarının qarşısında,3-5 metrliyinde tikilen obyektlərə nə ad verəcək…. Şəxsən mən yaşadığı binada hər iki pəncərəmin qarşısı yeni tikilən obyekt tərəfindən tutulur… dəfələrlə yanına şikayət gedilib sakinlər tərəfindən heç zamanda qəbul etməyib… deyir məndən narazı qalan olmaz, görəsən hörmətli başçı özü dediyi sözə özüdə inanırmı ????

  2. Ceyhun deyir:

    Sumqayitlilarin “sevimlisi”, chox hormetli,alkaponlar krali Eldar Ezizov. ola bilsin ki, elbayaxa olamamisiz. Ama Sumqayit camaatinin razi ve ya narazi olmasini mence siz yox camaat dese mence daha meqsedeuygun olar. Inanmiram ki zor gucune kredit borcu ile yukleyib obyektlerini alkaponlatdirdiginiz sahibkarlar sizden razi ola. Olsa olsa Nesimi parkinda qanunlarimiza zidd olaraq agaclari kesdirib yerinde biznes obeyktleri tikdirib satdiginiz adamlar razi olar. Sumqayitin hazirki lozunqu: Pulun varsa ureyin istediyi yerde biznes obyektin var. Yaxshi pul veren olsa lap Icra Hakimiyyetinin qarshisinda da mumkundur. Vuqar bey siz ise shukur edin ki, hele evinizden chixarilmamisiz. :)

  3. Mustafa Eraslan deyir:

    Duz deyirsan Vugar ela werq bazarnan uzbe uz oboyda zirilti tikilib onu bes ne ad vermak olar ….

  4. Afiq deyir:

    Qardaş kimdən nə alıblar bilmirəm ama onu bilirəm ki, o at oynadan varli balalarının qudurğanlıqları burda yoxdur. Heydər Parkda o çayxanalar yığışılıb parka oxşadıblar. Motoskletçilər gəldi pulsuz baxdıq gözümüz açıldı.

Şərhinizi yazın