Menu
Geri İrəli

Eldar Əzizov Fövqəladə Hallar Nazirliyinə müraciət ünvanladı – Sumqayıtda binaların fasadı söküləcək?

Müəllif: sumqayitxeber.com • Tarix: 19 May 2015 • Baxış sayı: 1,760 dəfə • 1 şərh

sumqayit43Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov Fövqəladə Hallar Nazirliyinə müraciət ünvanladı

Bu gün Bakı şəhərində   yanan binanın üzlənməsini həyata keçirən “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub.

Məlumat üçün bildirək ki, Sumqayıtın Heydər Əliyev prospekti boyunca 10 binanın fasadını “Global Construction” şirkəti üzləyib.

Əvvəllər “Global Construction şirkəti tərəfindən Sumqayıt şəhərində binaların fasadlarına vurulan penoplastların taleyinin necə olacağı barədə  Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Abid Əliyev belə cavab verib:” Bakıda baş vermiş hadisədən dərhal sonra Sumqayıt şəhər İcra hakimiyyətinin Başçısı Eldar Əzizov FHN-ə müraciət ünvanlayıb. Müraciətdə bildirilib ki, bu materallarla üzlənmiş binalara biz məsuliyyət daşıyırıq. Bu binaları belə saxlaya bilərik, yoxsa vurulan üzlükləri sökməliyik? İcra Başçısının bu müraciətinə yəqin ki, sabah rəsmi cavab veriləcək. Əgər rəsmi olaraq bildirsələr ki, bu üzlüklər yanğına davamlı deyil, deməli söküləcək və başqa materialla əvəzlənəcək.” xeberle.com

Facebook Şərhləndirmə:

“Eldar Əzizov Fövqəladə Hallar Nazirliyinə müraciət ünvanladı – Sumqayıtda binaların fasadı söküləcək?” yazısına bir cavab

Şərhinizi yazın