Menu
Geri İrəli

Eldar Əzizovdan Sumqayıt idarə rəhbərlərinə QADAĞA

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Fevral 2014 • Baxış sayı: 1,066 dəfə • 2 şərh

Ölkə ərazisində kəskin soyuqların düşməsi, qarlı və şaxtalı hava şəraitinin hökm sürməsi ilə əlaqədar paytaxtla yanaşı, Sumqayıtda da əhali məişət sahəsində bir sıra problemlərlə üzləşib. Belə ki, ötən gün şəhərin bir neçə hissəsində işığın verilməsində fasilələr yaranıb.

Lakin sumqayıtlıların üzləşdiyi problemlərə qarşı şəhər rəhbərliyi biganə qalmayıb və dərhal məsələyə müdaxilə edib. Sakinlərin işıq problemindən xəbər tutar-tutmaz şəhər rəhbərliyi «Azərenerji» Açıq Səhmdar Cəmiyyəti “Sumqayıt Regional Elektrik Şəbəkəsi” MMC-nin tənbeh edib. Ona sutka ərzində iş yerini tərk etməmək, operativ şəkildə fəaliyyət göstərmək tapşırığı verilib.

Qeyd edək ki, “Sumqayıt Regional Elektrik Şəbəkəsi” MMC ilə yanaşı, Sumqayıt Qaz İstismar İdarəsi, Sumqayıt Su-Kanal İdarəsi, eləcə də Sumqayıt Şəhər Nəqliyyat Departamentinin rəislərinə də iş yerini tərk etməmək tapşırılıb.

Press24.az-ın əldə etdiyi məlumata görə, hava şəraitinə və şənbə günü olmasına baxmayaraq, hazırda Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əziziov da iş başındadır.

243762_510

Facebook Şərhləndirmə:

“Eldar Əzizovdan Sumqayıt idarə rəhbərlərinə QADAĞA” yazısına 2 cavab

  1. seva deyir:

    Sizinlə razıyam. Tort esilir, hansısa bir həyətə asfalt döşəir,skamya qoyulur, hətta konsertlərdə də müəllimləri yorğun-arğın məcbur edirlər ki, ora getsinlər. Bezdiriblər. İndi hamının cücü müəllimlərə çatır. İmtahan verən də, danlanan da… Eh…..

  2. mustafa deyir:

    Mende sizinle raziyam Seva xanim…!!!!
     

Şərhinizi yazın