Menu
Geri İrəli

Əli Həsənovdan sensasion açıqlamalar – ABŞ, Fransa və Rusiyanı sərt ittiham etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 6 May 2015 • Baxış sayı: 364 dəfə • Şərh yoxdur

ali hasanov“Niyə dövlət başçısının ətrafında olan bəzi insanlar bu ölkələri tənqid etmirlər. Ona görə ki, həmin insanların o ölkələrdə biznesləri var”

ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiya son 20 il ərzində Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində heç bir iş görməyib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlər ilə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün Ümumilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı çıxışında deyib.
Ə.Həsənov qeyd edib ki, Azərbaycanın yeganə həll olunmamış problemi Dağlıq Qarabağ problemidir: “Dağlıq Qarabağ məsələsinin həll olunmamasının səbəbi ABŞ, Fransa və Rusiyanın ədalətsiz mövqeyidir. Bu münaqişə həll olunmayana, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmayana qədər mən bu dövlətləri tənqid edəcəm”.
Ə.Həsənov vurğulayıb ki, başda Qorbaçov olmaqla bu problem Sovet İttifaqı tərəfindən yaradılıb, Yeltsin davam etdirib və bu gün də qalmaqdadlr.
Ə.Həsənov Azərbaycanın bəzi yüksək rütbəli məmurlarını da bu məsələdə səssiz qalmaqda qınayıb: “Niyə dövlət başçısının ətrafında olan bəzi insanlar bu ölkələri tənqid etmirlər. Ona görə ki, həmin insanların o ölkələrdə biznesləri var”.

Musavat.com qeyd edir ki, komitə sədri zaman-zaman öz komanda yoldaşlarına qarşı bu cür sərt ifadələr işlədir. Bundan əvvəl o, ölkədəki narkomanların arasında yüksək mənsəbli məmurların övladlarının da olduğunu bildirmişdi.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın