Menu
Geri İrəli

Elman Mehdiyev Sumqayıtda pensiyaçılarla görüşəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Fevral 2014 • Baxış sayı: 433 dəfə • Şərh yoxdur

DSMF sədri Elman Mehdiyev fevralın 19-da Sumqayıtda məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev 19 fevral 2014-cü il tarixdə, saat 11:00-da  DSMF-nin Sumqayıt şəhər şöbəsinin inzibati binasında Sumqayıt şəhərinin, Qubadlı, Xızı və Qobustan rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcəkdir. DSMF-in mətbuat xidmətindən Modern.az-a verilən məlumat görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar info@sspf.gov.azelektron poçt ünvanı, habelə aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34;  Sumqayıt şəhər şöbəsində (018) 652-15-15; Qubadlı rayon şöbəsində (018) 654-41-37; (018) 654-41-08; Qobustan rayon şöbəsində (020) 245-22-30; Xızı rayon şöbəsində (023) 315-01-64.

Qəbulda iştirak edəcək vətəndaşların fevralın 19-da Fondun həmin rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF-nin Sumqayıt şəhər şöbəsinə aparılıb gətirilmələri təmin olunacaqdır.

elman mehdiyev

Facebook Şərhləndirmə:

Şərhinizi yazın