Menu
Geri İrəli

Ərdəbil valisi: “Sumqayıt İcra Hakimiyyətinin başçısı ilə görüşdük və qərarlaşdıq ki, icra başçısı Ərdəbilə gəlsin”

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Oktyabr 2016 • Baxış sayı: 541 dəfə • Şərh yoxdur

mecid“İran-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün güclü siyasi iradə var”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycanda səfərdə olan İranın Ərdəbil vilayətinin valisi Məcid Xudabəxş deyib. O bildirib ki, iqtisadi əlaqələrin inkişafı hər iki ölkənin marağındadır: “Səfərimiz iqtisadi xarakter daşıyır. Burada ölkə başçısının qəbulunda olduq və iqtisadiyyat, fövqəladə hallar, kənd təsərrüfatı nazirləri ilə görüşdük. Sumqayıt İcra Hakimiyyətinin başçısı ilə görüşdük və qərarlaşdıq ki, icra başçısı Ərdəbilə gəlsin, iki şəhər arasında qardaşlaşmış şəhərlər haqqında müqavilə imzalansın. Məqsədimiz Ərdəbil və Azərbaycanın əməkdaşlıq edərək üçüncü ölkəyə məhsul ixrac etməsidir. Bu barədə danışıqlar aparılır. Ərdəbildə yerin altından 270 dərəcə isti sular çıxır. O suyun buxarından enerji alınır. Biz təklif etdik ki, ya Azərbaycan hökuməti Bakı üçün bu enerjini alsın, ya da alıb Naxçıvana göndərsin”.

M. Xudabəxş deyib ki, görüşlərdə Azərbaycan tərəfinin viza rejimini aradan qaldırması da müzakirə olub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın