Menu
Geri İrəli

Ərdəbil vilayətinin valisi Sumqayıtda – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Oktyabr 2016 • Baxış sayı: 1,685 dəfə • 1 şərh
Share Button

Iranın Ərdəbil vilayətinin valisi Məcid Xudabəxşin başçılıq etdiyi nümayəndə heyəti Sumqayıt şəhərinə səfər edib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov nümayəndə heyətini qəbul edib.

Görüşdə nümayəndə heyətinin tərkibində ölkəmizdə səfərdə olan müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov nümayəndə heyətini salamlayaraq Azərbaycan və İran arasındakı əlaqələrin dostluq, mehriban qonşuluq prinsipləri əsasında yüksələn xətlə inkişaf etdiyini qeyd edib. Yeni əməkdaşlığın qurulması baxımından işgüzar görüşlərin əhəmiyyətini vurğulayan Zakir Fərəcov bu cür görüşlərin iş adamları arasında əməkdaşlığın inkişafına, ikitərəfli ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəyini bildirib.

Son bir il ərzində Sumqayıt şəhərində həyata keçirilən layihələr və eləcə də şəhərdə biznes və investisiya imkanları barədə nümayəndə heyətinə ətraflı məlumat verilib.

Ərdəbil vilayətinin valisi Məcid Xudabəxş 25 il öncə Sumqayıt şəhərində səfərdə olduğunu, bu illər ərzində Sumqayıtın xeyli dəyişdiyini və inkişaf etdiyini bildirib. Məcid Xudabəxş qeyd edib ki, Ərdəbil və Sumqayıt şəhəri arasında   iqtisadi-ticarət əlaqələri, eləcə də qarşılıqlı investisiyalar üçün böyük imkanlar mövcuddur.

Ərdəbil vilayətinin valisi Məcid Xudabəxş qonaqpərvərliyə görə şəhər rəhbərinə minnətdarlıq edib və Sumqayıt şəhərinə səfərlərindən məmnun qaldığını bildirib.

dsc_0049-1 dsc_0051 dsc_0056-1 dsc_0068 dsc_0141 dsc_0177 dsc_0180 dsc_0193 dsc_0207 dsc_0228 dsc_0253 dsc_0255 dsc_0278 dsc_0284 dsc_0309 dsc_0313-1 dsc_0316 dsc_0327 dsc_0328 dsc_0343 dsc_0357 dsc_0360 dsc_0383 dsc_0390 dsc_0398 dsc_0399 dsc_0439 dsc_0445 dsc_0460

 

Facebook Şərhləndirmə:
Share Button

“Ərdəbil vilayətinin valisi Sumqayıtda – FOTOLAR” yazısına bir cavab

  1. Ilkin Ehmetli deyir:

    Son bir ildə həqiqətən də xeyli işlər görüldü. Məncə artıq Sumqayıtda işsizliklə bağlı layihələrə başlamaq lazımdır. İran, Türkiyə və digər ölkələrdən iş adamlarını dəvət etmək lazımdır, biznes forumlar, iş adamları ilə işgüzar görüşlər keçirmək lazımdır. İnvestisiya imkanları araşdırılmalıdır, məşğulluqla bağlı layihələr həyata keçirmək lazımdır. İnanıram ki, Zakir Fərəcov bu istiqamətdə də uğurlu layihələr həyata keçirəcək.

Şərhinizi yazın