Menu
Geri İrəli

Əsgərimiz şəhid olub

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Mart 2015 • Baxış sayı: 631 dəfə • Şərh yoxdur

esger0Müdafiə Nazirliyi məlumat yayıb

Martın 13-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutub. Müdafiə NazirliyindənLent.az-a verilən məlumata görə, nəticədə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Quliyev Orxan Vaqif oğlu düşmən tərəfindən açılan atəşdən şəhid olub.

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır. Şəhid olmuş hərbi qulluqçumuzun qanı yerdə qalmayacaq və düşmənə vurulacaq zərbə daha da sarsıdıcı olacaq.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın