Menu
Geri İrəli

Etilen-polietilen zavodunda əməkçilər üçün yeni inzibati-məişət binası istifadəyə verilib

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Avqust 2013 • Baxış sayı: 256 dəfə • 2 şərh

«Azərikimya» İstehsalat Birliyində istehsalatın genişləndirilməsi, müasir avadan­lıq­ların və mütərəqqi texnologiyaların tət­­bi­qi ilə yanaşı kimyaçıların iş və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm addımlar atılır. Avqustun 28-də Birliyin Etilen-polietilen zavo­dunun aparıcı sexlərindən biri olan 4 saylı Qaz və maye karbohidro­genlərin qablaşdırıl­ması, sıxılması və saxlanılması sexinin əməkçiləri üçün yeni inzibati və məişət binasının istifadəyə verilməsi bunun bariz nümunəsidir.

Bir neçə inzibati otağı, geniş yeməkxananı, rahat soyunub-geyinmə, isti və soyuq su ilə təmin olunmuş duş otaqlarını, sanitar qovşağını və anbar sahəsini  əhatə edən yeni inzibati binanın təhvil verilməsi ilə işçilər əvvəllər yayın istisində, qışın soyuğunda üzləşdikləri bir sıra çətinliklərdən azad olmuşlar.

Yeni inzibati bina Birliyin Təmir-tikinti İdarəsi tərəfindən inşa olunmuş və lazımi avadanlıqlarla təchiz edilmişdir.

İlin sonuna kimi, müəssisənin digər sexləri üçün də müasir standartlara cavab verən inzibati və məişət binalarının tikintisi nəzərdə tutulmuşdur.

Inzibati meishet binasi 28 08 01

 

Facebook Şərhləndirmə:

“Etilen-polietilen zavodunda əməkçilər üçün yeni inzibati-məişət binası istifadəyə verilib” yazısına 2 cavab

  1. Cavidan deyir:

    Sumqayıtda coxlu zavodlar tikilseydi yaxsi olardi. Gencler avara-avara gezmezdiler

  2. Aygün Məmmədli deyir:

    Azerikimya cox yaxsi sirketdir. STP de iscilere divan tutulur.

Şərhinizi yazın