Menu
Geri İrəli

Etilen-polietilen zavodunda əsaslı təmirdən sonra ilk məhsul alınıb

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Oktyabr 2011 • Baxış sayı: 287 dəfə • 1 şərh

ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda aparılan əsaslı təmir işləri başa çatdırılıb

Müəssisənin “EP-300” kompleksinin əsas istehsalat sahələrində – piroliz, qazayırma, piroqazın sıxılması və təmizlənməsi sexlərindəki bütün texnoloji avadanlıqlar əsaslı təmir edilmiş, kompressorların işi nizama salınmışdır. Bu dəfəki əsaslı təmir zamanı texnoloji sxemə yeni rektifikasiya kalonu daxil edilmiş və quraşdırılmışdır. 24 metr hündürlüyündə olan qurğu Heydər Əliyev adına Bakı Neft Emalı Zavodundan yarım il əvvəl çəkilmiş boru kəməri ilə birbaşa Sumqayıta nəql olunan quru qazların kükürdlü birləşmələrdən daha keyfiyyətlə təmizlənməsində, nəticə etibarilə isə əsas məhsullar olan etilenin və polietilenin çıxımının və keyfiyyətinin artmasında mühüm rol oynayacaqdır. Kompleksin əsaslı təmiri zamanı məhsuldarlığın artırılması, istehsalat itkilərinin minimuma endirilməsi məqsədilə bir sıra texniki dəyişikliklər və yeniliklər edilmiş, istilikdəyişdirici aparatlarının bir qismi və nəzarət-ölçü cihazlarının stendləri yenisi ilə əvəz olunmuş, piroliz sobalarındakı borular təzələnmişdir. Əsaslı təmirin başa çatması ilə “EP-300” kompleksinin qurğularında texnoloji rejim nizama salınmış, həmçinin “Polimir-120” istehsalatında polietilenin alınmasına başlanılmışdır. Əsaslı təmirin nəticəsi olaraq məhsulun istehsal səviyyəsi və keyfiyyət göstəriciləri yaxşılaşmışdır.

Facebook Şərhləndirmə:

“Etilen-polietilen zavodunda əsaslı təmirdən sonra ilk məhsul alınıb” yazısına bir cavab

  1. elshen deyir:

    men issizem cas yeniden azer kimya sirketine isime qayidardim.hele qayitmaq isterdim

Şərhinizi yazın