Menu
Geri İrəli

Etilen-polietilen zavodunda təmir işləri aparılacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Aprel 2014 • Baxış sayı: 424 dəfə • Şərh yoxdur

3770«Azərikimya» İstehsalat Birliyinin Etilen-polietilen zavodunda bir neçə gündən sonra başlanacaq növbəti əsaslı təmir işlərinə hazırlıq özünün son mərhələsinə qədəm qoymuşdur. Əsasən müəssisənin EP-300, «Polimir-120» istehsalatlarında, həmçinin buxar və elektrik enerjisi istehsalatında planlaşdırılan əsasli təmir işərinindən öncə qurğu və avadanlıqlar təftiş olunaraq, qüsurlar cədvəli hazırlanmışdır. Bütün sexlər üzrə təmir planı təsdiq edilmiş, təmirdə iştirak edəcək hər bir işçi əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə təlimatlandırılmış, fərdi mühafizə vasitələri ilə təmin olunmuşdur.

Artıq müəssisənin EP-300 və «Polimir-120» istehsalatlarında texnoloji proseslərin yüksək məhsuldarlıqla və keyfiyyətlə aparılmasında mühüm rol oynayan reaktorlar, katalizator nasosları, hava kom¬pressorları, sobalar, buxar turbinləri, istilikdəyişdiricilər, birinci və ikinci düzüm kompressorları, rektifikasiya kalonları təftiş edilmiş, qazayırma, polietilen, piroliz və piroliz qazlarının sıxılması, həmçinin etilen qazının qəbulu və sıxılması sexi, nasos par¬kı¬, bütün xidmət meydançaları və yeni susoyutma qurğusu təmir işlərinə hazır vəziyyətə gətirilmişdir.

Buxar və elektrik enerjisi istehsalatında yağ turbinlərinin dəyişdirilməsi, yarımstan-siyalarda, avtomat idarəetmə və rele-mühafizə sistemlərində müəyyən işlərin icrası, həmçinin müəssisənin kanalizasiya sisteminin mərkəzləşdirilərək bütün çirkli su¬ların sutəmizləyici qurğulara yonəldilməsi ilə əlaqədar çatışmazlıqların aradan qaldı¬rılması və bir sıra sexlərdə ehtiyac duyulan izolyasiya işlərinin aparılması da görüləcək işlər sırasındadır.

Artıq əsaslı təmir üçün lazım olan bütün ehtiyyat hissələri Rusiya, Almaniya və Yaponiya kimi ölkələrdən öncədən sifariş əsasında müəssisəyə gətirilmişdir.

Təmir işlərinə müəssisənin bütün təmirçiləri, həmçinin Təmir-tikinti İdarəsinin aparıcı təmir briqadaları səfərbər olunmuş, Birliyin Nəqliyyat və xüsusi texnika İdarə-sinin ehtiyac duyulan maşın və mexanizmləri cəlb edilmişdir.

Birlik mütəxəssislərinin və müəssisənin mühəndis-texniki işçilərinin nəzarəti altında, yüksək keyfiyyət, təmirçilərin ruh yüksəkliyi və texniki təhlükəsizlik qaydalarına ciddi riayət edilməsilə aparılması planlaşdırılan əsasli təmir işləri hesabına müəssisənin texniki-iqtisadi göstəriciləri xeyli yaxşılaşacaq, məhsul itkisinin qarşısı alınmaqla yüksək göstəricilərə nail olunacaq və enerjidaşıyıcılara əhəmiyyətli dərəcədə qənaət olunacaqdır.

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın