Menu
Geri İrəli

ETSN: Sumqayıtda ətraf mühitin çirklənməsi ilə bağlı ekoloji vəziyyət qənaətbəxşdir

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Sentyabr 2016 • Baxış sayı: 526 dəfə • Şərh yoxdur

ekologiya2“Ətraf mühitin çirklənməsi ilə bağlı ekoloji vəziyyət qənaətbəxşdir”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova deyib.

O bildirib ki, ətraf mühitin çirklənməsi ilə bağlı mütəmadi aparılan monitorinqlərin nəticələrinə görə ölkədə təhlükəli və ekstremal hal mövcud deyil.

Direktor müavini qeyd edib ki, ətraf mühitin çirklənməsi ilə bağlı ölkədə stabilləşmə gedir: “Müstəqillikdən sonra ölkədə fəaliyyətə başlayacaq müəssisələrin hamısının minimum tullantılı texnologiyaların tətbiqi ilə fəaliyyətə başlamaları şərt kimi qoyulub. Bizim Ekspertiza İdarəmsir. Azərbaycanda həyata keçiriləcək layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi üçün ekspertiza işləri aparılır. Ekspertiza zamanı ətraf mühitlə iqtisadiyyat arasında tarazlıq pozulması faktı aşkarlanarsa, layihəyə icazə verilmir. Bu gün Mingəçevirdə olan istehsalat sahələrinin bazarı yoxdur deyə, o müəssisələr tam gücü ilə işləmir. Bakı və Sumqayıtda demək olar ki, tullantısız texnologiyalar tətbiq edilir. Bütün bunlar hamısı ətraf mühitin çirklənməsi ilə bağlı stabilləşməyə təsir göstərir”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın