Menu
Geri İrəli

Evlər nə vaxta qədər ucuzlaşacaq? – Ekspert

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Fevral 2015 • Baxış sayı: 870 dəfə • Şərh yoxdur

bina-yeni-03“Azərbaycanda insanlar hazırda əllərində qalan pulu maksimum dərəcədə qorumağa çalışırlar”.

Bu sözləri Axar.az-a açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov evlərin qiymətinin aşağı düşməsi ilə əlaqədar məsələyə münasibət bildirərkən söyləyib.

O, evlərin qiymətinin düşməsinə Rusiyadan, Ukraynadan bu bazara gələn pul kütləsinin azalmasının şərait yaratdığını deyib:

“Evlərin qiymətlərinin dəyişməsi bir neçə amillə bağlıdır. Əmlak iqtisadiyyatın tərkib hissəsi olduğu üçün müəyyən dövr ərzində qiymət gah qalxır, gah stabil olur, gah da yenidən düşür. Bu dəyişmə simvolikdir. Bu gün qiymətlərin düşmə dövrü gəlib çatıb. Ona görə də evlərin qiymətinin düşməsi qaçılmazdır. Mövcud qiymətlərlə alıcılıq qabiliyyəti arasında yaranmış fərq də qiymətlərin düşməsinə təsir edir. Bu gün qiymətlər insanların potensial alıcıların alıcılıq qabiliyyətini üstələyir. Ona görə də bazarda aktivlik aşağı düşüb. Bu səbəbdən də qiymətlərin düşməsi qaçılmazdır. Bu bir tərəfdən daxili alıcıların bazardan küsməsi, digər tərəfdən isə Rusiyadan, Ukraynadan bu bazara gələn pul kütləsinin sıfır səviyyəsinə düşməsi ucbatından baş verir. Bütün bunlar pul kütləsinin axınının bazarda xeyli məhdudlaşmasına gətirib çıxardıb. Bu da qiymətin düşməsinə başqa bir tərəfdən şərait yaradır”.

Ekspert evlərin qiymətlərinin ucuzlaşmasının 2016-cı ildə də davam edəcəyini bildirib:

“Neft birjalarında, qonşu regionlarda baş verən hadisələr, Rusiyada rus rublunun məzənnəsindəki faktlar insanları bir qədər ehtiyatlı davranmağa sövq edir. Onlar demək olar ki, əllərində qalan pulu maksimum dərəcədə qorumağa çalışırlar. Evlərin qiymətinin hansı aylarda daha çox düşəcəyini demək çətindir. Amma onu deyə bilərəm ki, bu proses artıq başlayıb. Ona ötən ilin dördüncü rübündən başlayaraq start verilib. Hər ay təxminən yarım, ya da bir faiz qiymət düşməsi qeydə alınır. Məsələn, yanvar ayında yeni tikililərdə 2,27% qiymət düşümü baş vermişdi. Əgər biz 2008-2009-cu illərin təcrübəsinə istinad eləsək görərik ki, 2008-ci ilin sentyabrından 2010-cu ilin üçüncü rübünün sonuna qədər  bazarda aktivlik aşağı düşmüşdü. Nəticədə bazarda 23% azalmışdı. Bu təcrübəyə istinad eləsək, 2015-ci ildə qiymətlərin hardasa 8-10% düşməsinin qaçılmaz olduğunu söyləyə bilərik. 2016-cı ildə də qiymətlərin düşməsi davam edəcək”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın