Menu
Geri İrəli

“Exit-poll” açıqlandı – İlham Əliyev 1-ci, Cəmil Həsənli 2-ci

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Oktyabr 2013 • Baxış sayı: 217 dəfə • Şərh yoxdur

Azərbaycandakı prezident seçkilərində keçirilən “exit-poll”ların nəticələri açıqlanıb. 

1secki

 

 

 

 

 

 

“Qafqazinfo” APA-ya istinadən onları təqdim edir:

“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının sifarişi ilə Fransa Respublikasında fəaliyyət göstərən “OpinionWay“ Tədqiqat İnstitutu 64 DSK üzrə 99 məntəqədə “exit-poll” keçirib.

“Exit-poll”da 4701 respondent iştirak edib. Metodologiyaya uyğun olaraq seçki məntəqəsindən çıxan vətəndaşlar onlara təqdim olunan anketi özləri dolduraraq şəffaf qutuya salıblar. “Exit-poll”da iştirak edən seçicilərin anonimliyi təmin edilib. Şəffaf qutular səsvermə günü ərzində 4 dəfə (saat 12.00; 15.00; 17.00; 19.00) açılıb və məlumatlar mərkəzə ötürülüb.

Namizədlərin soyadı, adı, atasının adı

%

Ağazadə İqbal Fehruz

1,7

Əliyev İlham Heydər

82,8

Əlizadə Araz Məmməd Mübariz

0,5

Hacıyev Hafiz Ələmdar

0,4

Həsənli Cəmil Poladxan

9,3

Həsənquliyev Qüdrət Müzəffər

2,9

İsmayılov İlyas Abbas

0,5

Məmmədov Sərdar Calal

0,6

Oruc Zahid Məhərrəm

0,7

Quliyev Fərəc İbrahim

0,6

***
“ELS – Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi prezident seçkiləri zamanı keçirdiyi «exit-poll»un nəticələrini açıqlayıb.
 
Mərkəzin rəhbəri İradə Yaqubovanın verdiyi məlumata görə, tədqiqat ölkə ərazisinin 400 seçki məntəqəsində mərkəzin araşdırma tədqiqat qrupu tərəfindən həyata keçirilib. Seçimə düşən 400 məntəqə 68 seçki dairəsi və 61 rayonun ərazisini əhatə edib.
 
“Exit-poll”un nəticələrinə görə, seçkilərdə seçici fəallığı 72,3% təşkil edib. Səslər isə namizədlər arasında aşağıda göstərildiyi kimi paylanıb:
 
1. Ağa-zadə İqbal Fehruz oğlu – 1.88 %
 
2. Əliyev İlham Heydər oğlu – 80.8 %
 
3. Əlizadə Araz Məmməd Mübariz oğlu – 0.72 %
 
4. Hacıyev Hafiz Ələmdar oğlu – 0.43 %
 
5. Həsənquliyev Qüdrət Müzəffər oğlu – 2.81%
 
6. Həsənli Cəmil Poladxan oğlu – 10.55 %
 
7. İsmayılov İlyas Abbas oğlu – 0.65 %
 
8. Quliyev Fərəc İbrahim oğlu – 0.88 %
 
9. Məmmədov Sərdar Calal oğlu – 0.63 %
 
10. Oruc Zahid Məhərrəm oğlu – 0.65 %
 
***
ABŞ-ın “Arthur J.Finkelstein and Associates” şirkəti Azərbaycanda prezident seçkiləri ilə əlaqədar əhali arasında keçirdiyi “exit-poll”un nəticələrini açıqlayıb.
Trend xəbər verir ki, bununla bağlı Müstəqil Mətbuat Mərkəzində yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında “AJF and Assiciates.İnc” təşkilatı bəyan edib ki, aparılan sorğu nəticəsində Azərbaycanın hazırkı dövlət başçısı, YAP-ın prezidentliyə namizədi İlham Əliyev 82,7 faiz səslə seçkilərdə qalib gəlib.
“Exit-poll” sorğusunun nəticələri aşağıdakı kimi olub:
Ağazadə İqbal – 1,6%
Əliyev İlham – 82,7%
Əlizadə Araz – 1,2%
Hacıyev Hafiz – 0,7%
Həsənquliyev Qüdrət – 1,7%
Həsənli Cəmil – 8,8%
İsmayılov İlyas – 0,9%
Quliyev Fərəc – 0,9%
Məmmədov Sərdar -0,6 %
Oruc Zahid – 0,9%
“Exit-poll” respublikadakı 125 seçki dairəsindən 100-nü əhatə edib. Sorğu üçün müasir elmi metodlar əsasında, bir sıra mühüm parametrlər nəzərə alınaraq 835 məntəqə seçilmişdi. Hər bir dairədə təsadüfi seçmə yolu ilə 10-a yaxın məntəqə müəyyən edilmişdi.
Sorğunun nəticələri gün ərzində üç dəfə (11.00, 14.00, 17.00) Bakı şəhərində yerləşən baş ofisə telefon vasitəsi ilə catdırılmışdır. Alınan nəticələr kompüterlərdə dərhal SPSS proqramının köməyi ilə ümumiləşdirilmişdir. Xüsusi, ASCİİ Proqramının köməyi ilə proses eyni zamanda “AJF&Associates,Inc.” Təşkilatının ABŞ-dakı ofisində də izlənmiş və ümumiləşdirilmiş, Bakıdakı nəticələrlə müqayisə edilmişdir. Bu, informasiyaların emalının şəffaf şəkildə həyata keçirilməsinin mühüm qarantıdır.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın