Menu
Geri İrəli

Eyvaz Qocayev Gənclər Fondunun illik hesabat konfransında çıxış edib

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Mart 2014 • Baxış sayı: 709 dəfə • Şərh yoxdur

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu fəaliyyətinin illik yekunu ilə bağlı hesabat konfransı keçirib. Konfransda Fondun iki il ərzində həyata keçirdiyi 4 qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilmiş layihələr, onların hesabatlılıq vəziyyəti, göstərdiyi nəticələr müzakirə olunub. Bununla yanaşı, Fonddan maliyyə dəstəyi alan gənclər və gənclər təşkilatlarının nümayəndələri təqdimatlar keçirib, layihələri barədə məlumat veriblər. Həmçinin, cari ildə qarşıda duran məsələlər, Fondun gələcək fəaliyyəti və digər məsələlər qeyd olunub. Konfransda Fondun Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Fondun icraçı direktoru Fərhad Hacıyev çıxış etmişlər.

Fondun illik təqdimatı ilə çıxış edən Fərhad Hacıyev qeyd edib ki, hal-hazırda Fondun saytında 290 gənclər təşkilatı və 2438 fərdi gənc qeydiyyatdan keçmişdir. Ümumilikdə isə I qrant müsabiqəsi çərçivəsində 176 layihə müraciətlərindən 129, II qrant müsabiqəsi zamanı 387 layihədən 170 layihə, III qrant müsabiqəsinə daxil olmuş 421 layihədən 331 layihə və yalnız fərdi gənclər üçün elan olunmuş IV qrant müsabiqəsi çərçivəsində 668 fərdi müraciətdən 391 layihə dəstəklənmişdir. Beləliklə, dörd müsabiqənin nəticəsi olaraq ümumi müraciətlərin sayı 1641 təşkil etmiş, maliyyə dəstəyi alan layihələrin sayı isə 1021 olmuşdur.

Fondun illik hesabat konfransında 2013-cü il ərzində həyata keçirilmiş uğurlu layihələrin rəhbərləri təqdimatla çıxış edib.

Konfransında “sumqayitxeber.com”un təsisçisi və baş redaktoru Eyvaz Qocayev də ötən il ərzində Sumqayıt şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Rok Festivalı- gənc rokçulara dəstək” və “Gənc Muğamsevərlər – muğam festivalı” layihələrin uğur və nəticələrindən danışıb.

tahir suleymanov

ferhad haciyev

intiqam baabyev

gencler fondu3 gencler fondu-k
NDA_0209 NDA_0309

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın