Menu
Geri İrəli

Fəhləlikdən icra başçılığına qədər…

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Noyabr 2013 • Baxış sayı: 355 dəfə • 1 şərh
Share Button

Tutduğu vəzifəsindən asılı olmayaraq, istər mədəniyyət, istər incəsənət, istərsə də siyasətdə tanınan şəxslər hər zaman cəmiyyətin, mətbuatın diqqət mərkəzində olurlar. Hansı məşhurun neçə yaşı var, ixtisası nədir, övladları kimlərdir, harada oxuyub, bu kimi sualların cavabları ictimaiyyət arasında geniş müzakirələrə yol açır. Ümumən deyə bilərik ki, populyar şəxslərin bilinməyən, gizlin tərəfləri hər bir oxucu üçün böyük maraq kəsb edir.

AzVision.az oxucularımızın bu marağını nəzərə alaraq, məşhurlarla bağlı silsilə yazıları təqdim etməyə çalışır. Bu dəfəki yazımız nə deputatlardan, nə dəki nazirlərdən bəhs edəcək. Bu dəfə icra başçılarından yazırıq.

Beləliklə, hansı icra başçısı fizik, hansı mühəndis və hansı fəhləlikdən gələrək, bu postu tutub?

Bakı meri Hacıbala Abutalıbov

69 yaşlı Bakı meri ixtisasca fizikdir. O, 1965-ci ildə Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakultəsini bitirib. Daha sonra Sankt-Peterburqda A.F.İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olub. Fizika-riyaziyyat elmləri doktoru, professordur. 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda “Yarımkeçiricilərin kvant elektronikası” laboratoriyasının müdiri olub.

1995-2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2000-2001-ci illərdə Azərbaycan Respublikası Baş nazirin müavini vəzifəsində çalışıb. 2001-ci ilin yanvar ayından isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postunu tutur.

Tarixçi Eldar Əzizov..

Sumqayıtın icra başçısı Eldar Əzizov ixtisasca tarixçidir. O həm də Azərbaycan Jurnalistlər Birliyinə üzvdür.

E.Əzizov həyat şəraiti və fəaliyyəti ilə seçilən icra başçılarındandır. O, 1979-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Bakı şəhər komitəsinin birinci katibi, Mərkəzi Seçki Komissiyasında beynəlxalq əlaqələr şöbəsinin müdiri, Bakı şəhər İcra Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ildə isə Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb. 2000-ci ilin iyun ayından Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. 2003-2011-ci illərdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olub.. 2011-ci ilin fevral ayından Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısıdır.

Nizami yurdunun yeni siması

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ixtisasca mühəndisdir. O, Azərbaycan Texnologiya Universitetində Mühəndis-texnoloq ixtisası və Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Hüquqşünas ixtisası üzrə təhsil alıb. Əmək fəaliyyətinə 1982-ci ildən Yevlax şəhər yol tikinti idarəsində başlayıb. Gəncə Tikiş Fabrikində mühəndis, Azərbaycan Respublikası Həmkarlar İttifaqı Mərkəzi Komitəsində təşkilatçı vəzifəsində işləyib.

1994-2001-ci illərdə Yevlax Rayon Gömrükxanasının rəisi, 2001-2004-cü illərdə Azərbaycan Dövlət Gömrük Komitəsində rəis müavini, 2004-2011-ci illərdə isə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 2011-ci ildən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısıdır.

Milli Məclisdən Daşkəsənə…

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. O, əmək fəaliyyətinə Masallı Konserv Zavodunda başlayıb. Bir sıra vəzifələrdə çalışan Əhəd Abıyev 1992-1995-ci illərdə Bakı şəhər İcra Hakimiyyəti Əhalinin Məşğulluğu və Sosial Müdafiəsi üzrə şöbənin müdiri, 1995-2010-cu illərdə Milli Məclisin deputatı olub.

2011-ci ildən Daşkəsənin icra başçısıdır.

 

Rektorluqdan İcra Hakimiyyətinə gələn yol

Bildiyimiz kimi, İsmayıllı hadisələrindən sonra sabiq icra başçısı Nizami Ələkbərovun yerinə Mirdamət Sadıqov gətirildi. İxtisasca iqtisadçı olan yeni icra başçısı 2013 –cü ilin fevralından bu postu tutur.

İcra başçısı həm də iqtisad elmləri doktoru, professordur. Azərbaycan Xalq Təsərrüfatı İnsititunu bitirib. Həmin təhsil ocağının maliyyə-kredit kafedrasında baş pereporator, laborant və baş laborant olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutu komsomol komitəsinin katibi vəzifəsində çalışıb. Maliyyə-kredit kafedrasının baş müəllimi və iqtisadiyyat fakültəsinin dekanı vəzifəsinə təyin edilib.

Bakı Maliyyə-Kredit Texnikumunun direktoru (Azərbaycan Maliyyə-İqtisad Kolleci) olub. Nəsimi Rayon Vergilər İdarəsinin rəisi vəzifəsində çalışıb.2000-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna prorektor vəzifəsinə təyin edilib. 2008-ci ildə Vergilər Nazirliyi vergi siyasəti və vergi qanunvericiliyi strateji araşdırmalar mərkəzinin baş idarə rəisi vəzifəsində çalışıb. 2008-ci il noyabr ayının 21-də Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilib.

Nihadə Eyyubova

Facebook Şərhləndirmə:
Share Button

“Fəhləlikdən icra başçılığına qədər…” yazısına bir cavab

  1. Həsən Vəliyev deyir:

    Bu adamların bitirdiyi məktəbləri minlərlə digərləri bitirdiyi halda belə vəzifələrə irəli çəkilməyib. Görəsən bunların uğur qazanmaqlarının sirri nədədir?

Şərhinizi yazın