Menu
Geri İrəli

Fərrux onları da üzmüşdü, öz ölümü ilə…

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Sentyabr 2011 • Baxış sayı: 349 dəfə • 3 şərh

Artıq 40 gün keçib. Həyat öz axarı ilə davam edir. Onun dostlarından kimisi istirahətdə yay tətilini edir, dincəlir, kimisi işinə tələsir, kimisi yeni işlər üzərində çalışır… Amma onların hamısının qəlbindədi o… Hüseynov Fərrux Mədət oğlu. Ürək yanğısı ilə onun yoxluğuna alışmağa çalışırlar… Fərruxsuz 40 gün. Və təsəvvür edəndə ki, bu bir ömür boyu olacaq…

Elə bil gülüşün bir hissəsi gedib 40 gündür… Solğunluq var… O saxta gülüşlərin, qeyri-səmimi zarafatların hökm etdiyi bir dövrdə öz təbii, duzlu məzəli, mənalı zarafatları ilə ətrafındakı dostlarını sevindirəcək bir insan gedib…

Yenə də dostları danışdı haqqında. Xatirələrini bölüşdülər… 40 gün keçsə də, göz yaşları qurusa da, acı kədər hələ də bitməmişdi… Xüsüsilə də onu öz əlləri ilə torpağa tapşıran Səyyad:

- Süleymanov Səyad: “Qazaxda olduğum hər kütləvi məkanda səndən danışırlar ay Fərrux!… Artıq 40 gündür ki, Fərruxu yalnız xatirələrdə yaşadırıq… Bir göz qırpımında getdi dostumuz… Amma qəlbimizi yaralayıb getdi!… Fərrux heç vaxt adət etmədiyi bir susqunluqla bizi qayğılandırır… Dualarımız səninlədi Qardaş!… Allah günahlarını bağışlasın, qəbrin nurla dolsun!… Sən vətənin keşiyində canını tapşırdın! İnşallah, Allah mükafatını verər…”.

Onla bağlı xatirələrini bölüşmək tələbə yoldaşı, ən yaxın dostlarından olan Aqşin Mirzəyev üçün çox ağır idi…

- Aqşin Mirzəyev: “Onla bağlı xatirələri beş-on cümləyə sığışdırmaq çətindi… Çünki onunla beş-on cümləlik söhbətimiz də olmayıb… Onunla mənim elə sirlərim var ki, o özü ilə torpağa apardı. Mən də özümlə çalışacam torpağa aparım”.

Tələbə yoldaşı Lamiyə Yusifova Fərruxla tanışlığından və son görüşündən danışdı… Fərrux sanki öləcəyini bilirdi…

- Lamiyə Yusifova: “Fərrux barəsində söz düşəndə, nə isə söhbət gedəndə çox qəhərlənirəm. Fərruxla ilk tanışlığımız Facebook sosial şəbəkəsində olub. Mənə dostluq göndərmişdi. Düzü, universitetdə həmişə onu görəndə çəkinirdim. Bir ara əli sarıqlı idi, o vaxtlar ümumiyyətlə qorxurdum. Düzü, dostluğunu qəbul etməyə çəkinirdim. Amma nə yaxşı ki, qəbul edib, onu tanımışam… Bir gün Fərrux Facebookda Qazaxın gözəl, görməli mənzərələrini yerləşdirmişdi. Mən və Günel (tələbə yoldaşı) kommentlər yazaraq zarafatlaşırdıq. Fərruxa kommentimdə: “Fərrux çıx get əsgərliyə, canımız səndən qurtarsın da, heç olmasa 1 il rahat sənsiz nəfəs alaq da bu Facebookda” yazmışdım… Həmin gün kaş əlim şikəst olardı. Yazmazdım ele sözləri. Hətta Fərrux Günellə mənə “Deyəsən məndən bezmisiz, canınızı qurtarmaq istəyirsiz” deyəndə, biz də təsdiqlədik və bu zarafatımıza görə ikimizdən küsmüşdü… Çalışıb könlünü aldıq, barışdıq… İndi ən çox bu sözümə görə əzab çəkirəm… Nəhayət, Fərruxun universitetdə son zəngi idi. Həmin gün xeyli zarafatlaşdım ki, “Ayə, bu nədi elə bil məzun deyilsən e, yuxudan durub dükana çörək almağa gedənlərə oxşayırsan” demişdim. O da “Qoy hamıdan seçilim”, məzun lentini uzadaraq “Al arzularını yaz” dedi. Mən də öz ürək sözlərimi yaza-yaza “Hanı Günel, Nazlı? Son zəngdə yanında deyil” deyə əsəbləşdirdim onu. “Eybi yox, onların adından sən burdasan”. Mən də Fərruxu əsəbləşdirməkdən xoşum gəlirdi: “Bu il gəlməyiblər eybi yox, gələn il mənim məzun günümdə gələrlər”. O da “Onlar gəlsə də, mən son zəngində yanında ola bilməyəcəm, məni bağışlayarsan!” dedi… Eh, sanki, hər şeyi əvvəlcədən bilirmiş. Deyirlər, insanın ölümü ona qabaqcadan məlum olur. Doğrudan da, sanki eləymiş. Fərruxla bağlı çox şey, çox söz yazaram, yazmaqla qurtarmır. Yaza və deyə bilmədiklərim ürəyimdə qalır. Hər şeyi keçmiş zamanda danışmaq mənə çox ağırdı… Elə bilirəm o əsgərlikdədi, gələn kimi dostlarını başına yığıb, yenə də deyib-güləcək. Amma neyləyək?! Deyirlər, Allah ən yaxşı bəndələrini öz yanına aparır. Allahla Allahlıq etmək olmaz. Məsləhətinə şükür…”.

Ondan sağlığında xoşu gəlməyənlər də vardı… Fərrux onları da üzmüşdü öz ölümü ilə…

Faiq Nuriyev: “Mən ilk əvvəl o insanı tanıdığımda onun haqqında heç yaxşı fikirdə deyildim. Amma bir neçə tədbirlərdə birlikdə olmuşduq. Və o insan haqqında fikir formalaşdırmaq üçün bəzən onun danışıqlarına diqqətlə qulaq asırdım. Həqiqi real olaraq o insan haqqında heç vaxt yaxşı fikirdə olmamışdım. Üzdə gördüklərimə rəğmən, ürəyi tam fərqli bir insan olduğunu sonradan anlamışdım. Hər halda, gənc bir yaşda bir insanın dünyasını dəyişməsi heç vaxt arzu olunmayan bir haldır. Çox pis oldum ilk eşidəndə… Allah Rəhmət eləsin!”.

Belə 40 gün Fərruxsuz keçdi. Onu sevən Pamuk Prensesi də, Səyyad da, Günel də, Lamiyə də, mən də və adını çəkə bilmədiyim onlarla dostları, sevənləri… Hər zaman darıxacağıq, hər zaman qəlbimizdə olacaqsan Fərrux! Yerin hər zaman görünəcək! Sağlığında deyib gülər, kimisə qəmli görəndə zarafat edərdin. Ağlamağımızı, kədərlənməyimizi heç vaxt istəməzdin. Biz də ağlamayacağıq! Ruhunun xatirinə! Cənnətdəsən və bizi görürsən! Bir gün əbədi olaraq cənnətdə görüşmək ümidi ilə, Qardaşım!

Aydın Kərimli

Facebook Şərhləndirmə:

“Fərrux onları da üzmüşdü, öz ölümü ilə…” yazısına 3 cavab

  1. Gunel Ehmedova deyir:

    Her zaman bu setirleri oxuyuram amma inan ki seni bir an bele yadimdan sile bilmirem sen mene ne etmisen bele seni unuda bilmirem senden basqasini seve bilmirem sen menim daima hetaim ve yasama sebebim idin amma indi sensizem sen yoxsan niye axi niye soz verdin mene ki seni tek qoymaram amma indi sensizem yende gozlerim seni axtarir her yanda.He mezarina gelende sanki sen menimlesen qulagim sesini esitmeyi isetyiki sen menim heyatimsan deyeceyini amma hacanki o an gelir ki seni o demirler arasinda tek qoyuram o zaman bilirem ki yoxsan yanimda amma yanimda olmasanda bilki ureyimdesen heyatimdasan seni cox sevirem sevecemde omrum yettdiyince Omrumun menasi

  2. Gunel Ehmedova deyir:

    Sen Ferrux tek meniyox butun qohum,dostu,tanisi uzdun sen.Seni Anan Atan bacilarin sevenlerin cox axtarir Atan her zaman axtarir ki oglum gelecek amma gelmirsen seni sevirik her zamanda seveceyik sen omemisen daima yasamisan yasayacaqsanda ureyimizde seni sevirik

  3. Gunel Ehmedova deyir:

    O tarix menim yadimdan cixmaz-24-07-2011 senin olum gunundu heyatim seni sevirem Omrum

Şərhinizi yazın