Menu
Geri İrəli

Facebook-da kimlər hegemonluq edir?

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Dekabr 2012 • Baxış sayı: 234 dəfə • Şərh yoxdur

Facebook sosial şəbəkəsində ən məşhur və insanların maraq dairəsində olan səhifələr haqqında qısa araşdırma apardı. Araşdırma zamanı məlum oldu ki, üzvlərinin sayına görə birinci yerdə duran səfiə“Azerbaijan-Azerbaycan”-dır. Belə ki, adıçəkilən səhifəni 204 mindən çox insan bəyənib. Adıçəkilən səhifədə Azxeber.com, Publika.az, Gün.az kimi saytların yazıları paylaşılır. Eyni zamanda səhifədə Prezident İlham Əliyev və onun ailə üzvlərinin də fotoları paylaşılır.

Hər kəsin diqqətini cəlb edən və öz tənqidi yanaşmaları ilə dilə düşən iki səhifə son günlər müzakirəyə səbəb olub. Bu iki səhifənin adı: “Heydər Əliyev adına Səhifə”və “AZTVdən seçmələr”dir.

“Heydər Əliyev adına Səhifə”də tənqid və sarkazma üstünlük verilib. Səhifə istifadəçiləri girişdə “Bu səhifə cənab prezidentin sərəncamı əsasında açılmışdır” cümləsi yazıblar. Səhifədə hakimiyyəti gülüş doğuran statuslarla tənqid edirlər. Eyni zamanda kollaj və karikatura fotolar da paylaşılır. Bu səhifəni 3 mindən çox insan bəyənib. Səhifədə yazılmış son status belədir: “Dubinkadan qorxan gülle qabagina cixmayacaq! Mene nagil danismayin!”.

“AZTVdən seçmələr” adlı səhiəni isə 13 mindən çox insan bəyənib. Səhifənin girişində yazılıb: “AzTV – Bizi güldürən dəyər”. Səhifədə yazılan statusları yüzlərlə insan bəyənir və öz profilində yayır. Bu səhifədə son yazılan maraqlı statuslardan biri belədir: “Hal hazırda AZTVdə “Palçıq Vulkanları – dünənimiz, bugünümüz, gələcəyimiz” adlı veriliş yayımlanır. Buyurub baxa bilərsiniz” və yaxud “Bayaq bir üzvümüz təklif verdi ki, hər il prezidentə ilin adamı verib bezdirməyin. Bəri başdan əsrin adamı verin, o da dincəlsin, biz də”.

“Fikir Sexi” səhifəsinin 2 mindən çox üzvü var. Bu səhifə eyniadlı kitabın reklamı üçün yaradılsa da səhifədə müxtəlif mövzularda mətnlər və fotolar paylaşılır.

“Hamam Times” səhifəsi də öz fərqliliyi ilə insanların diqqətini çəkib. bu səhifənin 51 mindən çox üzvü var. Səhifənin girişində yazılıb: “Hamam Times – Həmişə təmizlikdə”. Səhifədə müxtəlif mövzuda foto və məlumat xarakterli yazılar da paylaşılır.

“Sancaq production” səhifəsinin 7 mindən çox üzvü var. Bu səhifədə gənclərin marağına uyğun yazı, video və fotolar paylaşılır.

“N!DA Vətəndaş Hərəkatı” adlı səhifənin isə 2 mindən çox üzvü var. Bu səhifədə adlçəkilən təşkilatın məlumatlarından əlavə ölkədə baş verən proseslər haqqında matreallar da yayımlanır.

5 mindən çox insanın marağına səbəb olan “İs our national” səhifəsində karikaturalar paylaşılır. “YAP-çının etirafları” adlı səhifə isə son statuslarında qeyd edib: “Mən etiraf etmişdim ki, dünya dağılmayacaq. Çünki YAP bunun üçün əlindən gələni edib!”

Sonda qeyd edək ki, bütün bunlar Facebook sosial şəbəkəsində olan və diqqət çəkən səhifələrin bir qismi idi.

İlkin Babayev, elitar.info

Facebook Şərhləndirmə:

Şərhinizi yazın