Menu
Geri İrəli

FHN-dən Sumqayıtdakı yanğınla bağlı AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Oktyabr 2014 • Baxış sayı: 1,645 dəfə • Şərh yoxdur
Share Button

Yanqin-zaprafkaFövqəladə Hallar Nazirliyi Sumqayıt şəhərində yerləşən “Karvan” Ticarət Mərkəzində baş verən yanğınla bağlı rəsmi məlumat yayıb. 

sumqayitxeber.com  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində ümumi sahəsi 10000 kv.m olan 4 mərtəbəli “Karvan” ticarət mərkəzinin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 600 kv.m sahədə və içərisində olan satış malları yanıb. Yanğının kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar olunub və yuxarı mərtəbələrdən 6 nəfər fəhlə yanğınsöndürən-xilasedicilər tərəfindən xilas olunub.

Yanğından ticarət mərkəzinin qalan hissəsi mühafizə olunub. Yanğın saat 21:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın