Menu
Geri İrəli

FHN Sumqayıtda təlim keçirib – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Oktyabr 2013 • Baxış sayı: 327 dəfə • Şərh yoxdur
24-25 oktyabr 2013-cü il tarixlərində Azərbaycan Respublikası Mülki Müdafiə Qoşunları Komandanlığı tərəfindən «Azərikimya» İstehsalat Birliyinin «Üzvi sintez» zavodu ərazisində Xüsusi taktiki təlim keçirilmişdir. Təlimdə, eyni zamandaMülki Müdafiə Qoşunlarının «N» saylı hərbi hissələri, Mülki Müdafiə İdarəsinin qüvvələri və «Azəri­kimya» İB-nin tabeliyindəki idarə və müəssisələrin hərbiləşdirilməmiş Mülki Müdafiə qüvvələri də iştirak etmişlər.
Təbii fəlakət və baş verə biləcək istehsalat qəzaları hadisələrinin nəticələrinin aradan qaldırılmasında Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının qüvvələri ilə obyekt Hərbiləşdirilməmiş Mülki Müdafiə qüvvələrinin qarşılıqlı və birgə fəaliyyətinin təşkil edilməsinin göstəricisi olan və ikigün davam edən təlimdə baş vermiş yanğının söndürülməsi, güclü təsiredici vəzəhərləyici maddələrin ətrafa yayılmasının qarşısının alınması,zəhərlənmə təhlükəsi olan ərazidəki insanların xilas edilməsi və köçürülməsi, həmçinin dağıntı nəticəsində uçqun altında qalan insanların xilas edilməsi əməliyyatları plana uyğun qaydada icra olunmuşdur.Şərti zərərçəkənlərə ilkin yardım göstərilmiş və Təcili Tibbi yardım maşınları ilə xəstəxanalara göndərilmişdir.
Qeyd edək ki, Xüsusi taktikitəlimlər müvafiq təhlükəsizlik təlimatlarına uyğun olaraq və iştirakçılarının bütün tədbir boyu kifayət qədər yüksək peşəkarlıq və operativlik nümayiş etdir­məsi ilə müşayiət olunmuşdur.
2telim 28.10.2013
Facebook Şərhləndirmə:

Şərhinizi yazın