Menu
Geri İrəli

FHN Sumqayıtdakı yanğınla bağlı açıqlama yayıb

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Dekabr 2013 • Baxış sayı: 922 dəfə • Şərh yoxdur

sumqayitxeber.com saytı Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 600 kv.m olan üçmərtəbəli evin 1-ci mərtəbəsində 1 otaq, dəhliz və pilləkən qəfəsi 80 kv.m sahədə yanmışdır. Yanğınsöndürənlər hadisə yerinə çatana kimi 2 nəfər yanıq xəsarəti ilə qonşular tərəfindən xəstəxanaya aparılmışlar. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

yanqin

Facebook Şərhləndirmə:

Şərhinizi yazın