Menu
Geri İrəli

Fikrət Əmirovun 90 illik yubileyi münasibətilə konsert keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Dekabr 2012 • Baxış sayı: 171 dəfə • Şərh yoxdur

Fikrət Əmirov adına uşaq musiqi məktəbində Azərbaycan musiqi sənətinin aparıcı simalarından biri, görkəmli bəstəkar Fikrət Əmirovun 90 illik yubileyi münasibətilə konsert keçirilib.

Tədbirdə bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.

Daha sonra məktəbin xor kollktivinin, eləcə də müəllim və şagirdlərindən ibarət xalq çalğı alətlari ansamblının ifasında bəstəkarın əsərləri səslənib.

Tədbirdə iştirak edən S.Hacıbəyov adına Sumqayıt Musiqi Kollecinin direktoru Rasim Quliyev çıxış edərək, bəstəkarın yaradıcılı haqqında söhbət açıb.

Xatırladaq ki, F. Əmirov musiqisinin janr dairəsi nə qədər geniş olsa da, simfonik və musiqi səhnə janrları yaradıcılığında aparıcı rol oynayb. Bəstəkarın ixtira etdiyi yeni, simfonik muğam janrı “Şur” , “Kürd Ovşarı” və “Gülüstan Bayatı-Şiraz” kimi dəyərli əsərlərlə təmsil olunub. F. Əmirovun “Nizami” simfoniyası, doğma vətəni tərənnüm edən “Azərbaycan kapriççiosu”, “Azərbaycan süitası” , “Azərbaycan qravürləri” bəstəkar irsinin dəyərli səhifələridir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın