Menu
Geri İrəli

Fikrət Qoca Sumqayıtda – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Aprel 2016 • Baxış sayı: 511 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidmətindən Xeberle.com-a verilən məlumata görə bu gün Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxanada Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin, AYB Sumqayıt bölməsinin və S. Vurğun adına Mərkəzi kitabxananın təşkilatçılığı ilə xalq şairi Fikrət Qocanın yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib.
Xalq şairinin bilavasitə qatıldığı tədbirdə kitabxana-filialların fəal oxucuları iştirak edib. Tədbiri giriş sözü ilə AYB Sumqayıt bölməsinin sədri Sabir Sarvan açaraq Fikrət Qoca yaradıcılığı və müsabiqənin qaydaları haqqında qısa məlumat verib.
Oxucular- Könül Hüseynova, Fatimə Abduləliyeva, Nərmin Əzizli, İbrahim Əliyev, Zəhra Əliyeva, Şamxal Hüseynzadə, İlkin İbadlı, Elçin Mehdiyev, Gülarə Məlikrzayeva, Əli Hüseynov, Ziyad Abaszadə, Sədaqət Cəbrayılova, Aysel Hacıyeva, Aydan Qurbanova, Ramazan Əsgərxanov, Fəridə Məmmədova musabiqə zamanı şairin müxtəlif illərdə vətənpərvərlik ruhunda yazdığı şeirləri ifa ediblər.
Xalq şairi Fikrət Qoca, Sabir Sarvan və Natavan Məmmədlidən ibarət münsiflər heyətinin qərarına əsasən Elçin Əliyev və Əli Həsənov I yerə, Könül Hüseynova və Ramazan Əsgərxanov II yerə, Gülarə Məlikrzayeva və Fatimə Abduləliyeva III yerə, Nərmin Əzizli, Zəhra Əliyeva, Şamxal Hüseynzadə və İlkin İbadov isə IV yerə layiq görülüblər.
Birinci yerin sahibləri fəxri fərman, kitab və disklə təltif olunublar. Digər qaliblərə xalq şairinin kitabları və fəxri fərmanlar təqdim olunub. Digər oxucular – İbrahim Əliyev, Fəridə Məmmədova, Məryəm Hüseynzadə və Aysel Hacıyeva fərqləndiyinə görə mükafatlandırılıblar.
Qeyd edək ki, qaliblər S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsi, mətbuat şöbəsi, incəsənət şöbəsi, Mərkəzi Uşaq Kitabxanası, Gənclər kitabxanasının, 14 və 17 saylı kitabxana-filialların oxucularıdır.
Tədbirdə şair Əşrəf Veysəlli çıxış edərək Fikrət Qoca haqqında xoş sozlər söyləyib.
Tədbirin sonunda xalq şairi Fikrət Qoca keçdiyi həyat yolundan və yaradıcılığından söhbət açıb, oxucuların suallarını cavablandırıb.





Facebook Şərhləndirmə:

Şərhinizi yazın