Menu
Geri İrəli

Fırıldaqçılığın yeni forması- Şəbəkə marketinqi (64 2 22 62)

Müəllif: sumqayitxeber.com • Tarix: 8 İyul 2010 • Baxış sayı: 11,580 dəfə • 112 şərh

Yəqin ki, bu nömrə çoxunuza tanışdır.

network-marketing-leads-300x225Bu gün ənənəvi marketinqin əsas müddəaları kifayət qədər məlumdur, bununla belə, bu müddəalardan hər birinin öz nöqsanları, öz «amma»ları vardır.  Bax bu “amma” lar əsas araşdırılası məsələdir. Yəqin ki, şəhərimizə tez-tez iş elanlarına rast gəlmisiniz. Elanların mətnindən elə məlum olur ki, guya oturduğun yerdə qazanc əldə edəcəksən. Həmin şirkətə müraciət edəndə sənə ilk növbədə şirkət haqqında nağıl danışacaqlar. Guya bu biznesi yaradan adam səfil vəziyyətdə gününü keçirən biri olub və bir gün birdən ağlına gəlib ki, kasıbçılığın daşını atmağın yolunu tapıb. Bunlara aldanmayın! Axı siz axmaq adam deyilsiniz? Qoyun işi başa salan öz nağılını ərz eləsin. Burdan isə hər şeyi özünüz üçün aydınlaşdıra bilərsiniz. Sənə deyirlər ki, biz heç bir malın satışını həyata keçirmirik. Sizinlə söhbətdən sonra  qrupa qoşulma üçün ağzınızdan kəlməsini eşidən kimi deyirlər anket doldurmaq üçün 10 manat pul ödənməlidir. Bunu eşidən kim dərhal oradan uzaqlaşın, çünki onları sizin potensialınız deyil, cibinizdəki pullar maraqlandırır. Əgər siz bu biznesə  qoşulsanız, özünüzlə bir neçə nəfər gətirməlisiniz və sizin gətirdikləriniz insanlar da zəncirvari şəkildə başqalarını bu biznesə cəlb etməlidir. Beləcə böyük bir qrup formalaşdıqca 10 manatlar üst-üstə yığılır və sonradan məlum olur ki, şəbəkə marketinqinin nümayəndələri hər hansı bir  şirkətin mallarını satmaqla məşğuldurlar. Və sizə deyirlər ki, müştərilərə  mal və xidmətlərin keyfiyyəti və üstünlükləri haqqında məlumat verməli, eləcə də  şirkətin malının satılmasında yardımçı olmalısınız. Bunun müqabilində sizə qazana biləcəyiniz mükafatın nəhəng məbləğini bildirilir və sizdə maraq oyatmağa çalışırlar. Şirkət mallarını sizə o qədər tərif edir: “Dünyada bizim məhsul kimi keyfiyyətli məhsul yoxdur”.

Təxminən bir il bundan öncə qəzetləri birində belə bir yazı oxumuşdum.  Bir nəfər şəxs Bakıda fəaliyyət göstərən və Çinə məxsus olan dərman (bioloji-aktiv qida əlavələri adı altında) firması tərəfindən aldadıldığını bildirmişdi:  ”2009-cu il aprelin 4-ü Bakıda “Tiens” (yeri gəlmişkən, bu firmanın Sumqayıtda da nümayəndəliyi var. Əvvəllər  ofisləri 21-ci məhəllədə yerləşirdi. İndi deyəsən yerlərini dəyişiblər. Səhv etmirəmsə, indi “Nizami” kinoteatrının arxasında fəaliyyət göstərir) adı ilə fəaliyyət göstərən bir şirkətin Bakı ofisinə işlə bağlı müraciət etdim. Göstərilən ünvanda mənə görəcəyim işin ofisdaxili olduğunu dedilər. Şərtə görə, işin qaydalarını bilmək üçün bir həftəlik kurs keçməli idim. Razılaşdım. Kursun sonunda açıqladılar ki, işləmək üçün şirkətdən 300 dollarlıq məhsul almalısan, biznes şəbəkəyə daxil olduqdan sonra ömür boyu pul qazanmaq imkanı əldə edirsən. Firmaya işçi kimi qeydiyyata götürülmək üçün isə 10 manat ödənməlidir. 300 dollar və 10 manat ödənişi edib işə başladım. Bir müddət keçəndən sonra anladım ki, burda işləmək üçün gərək mən də kimi isə iş təminatı adı ilə aldadıb şəbəkəyə daxil edim və bu məhsulları reklam edim. Məhsulların insan orqanizmi üçün nə dərəcədə faydalı olub-olmaması da əsas deyil, əsas odur ki, məhsullar satılsın. Digər tərəfdən, firmaya yüngül əxlaqlı adamlar cəlb edilir. Hətta qadın vardı ki, ərindən xəbərsiz saatlarla gəlib ofisdə otururdu. Ofisə gələnlərə elə vədlər verilir ki, fəal şəbəkə üzvlərinə maşın, ev, yaxta, təyyarə veriləcək. Bu vədlərə görə hətta fəal işçi olmaq istəyənlər arasında evini, maşınını satıb, xeyli məbləğdə borca düşənlər də var. Mən bu üsulla işləyə bilmədiyim üçün orada işim gətirmədi. Sonradan onu da başa düşdüm ki, ora işə düzəlmək  ümidi ilə müraciət edənləri ödəniş aparandan sonra mənim aqibətim gözləyir”.

Yəqin ki, yazılanlar barədə artıq şərhə ehtiyac yoxdur.  Çalışın aldananlar sırasında siz də olmayasınız. Azərbaycanda şəbəkə ticarəti adı ilə biznesə cəlb edilib aldadılanlar ayıq-sayıq olsunlar. Onsuz da bu millətin halal haqlarını kimlərsə talayıb yeyir. Heç olmasa bunun qarşısını almağa cəhd edək.

RAMIL ZEYNALLI

Facebook Şərhləndirmə:

“Fırıldaqçılığın yeni forması- Şəbəkə marketinqi (64 2 22 62)” yazısına 112 cavab

  1. Dronqo deyir:

    Hamiya Salam.. meni bu biznesle dostum tanish edib. ALLAH insan heyvanlardan ferqli olaraq agil, suur veribdir.. bir sozu esitmekle onu qebul etmek ne derecede mentiqlidir axi?! Deneli men arasdirdim.. hec inanmamishdim .. ama gordum ki arasdiqdiqca yeni nekerise kesf etmeye bashladim.. yalan yoxdu.. isteyen bacara biler.. qazana biler.. sadece istemek lazimdir… unutmayin her qalibin hekayesi oldugu kimi,,, her meglubunda bir behanesi olur..bu qeder…!

  2. Azad Fikirli Insan deyir:

    men azad fikirli oldugum ucun bir kelme deye bileremki orda yazilam hekaye melikmemmedden beter oldu…
    biz o qeder axmagiqki bize 300 manat pul alalarki ise duzelirsen. bir mentiqle dusunun 300 manat alib sizden size mehsul verirler. sizde orda bir alici kimi alirsiz.
    derinden dusunun bizim millet issiz ola biler ama ozun axmag yerine qoymayacag qeder tulkudurler..sans qazanmaq hr insanin ohtesindedir esas odurki sansi elden vermeyesen……..
    cooooox xais edirem ki axmag fikirlerivizi saxlayin ozuvuze……….ozuvuzu bambili yerine qoymayin imkan verin camaat isin gorsun…. bizim milletin isi odurki ozu qabaga getmir basqasinda qoymur gede ……….

  3. ulker deyir:

    Orada 21-ci kabinetdə bir cındır var Günel adında, Allah onun başına daş salsın balaca boyu boyda. Allah öldürsün həmən o qızı. Hamını ilan dili ilə ora dartmağa çalışır. Onun Allah cəzasını versin inşallah. Lox sevgilsi Uğur da ölsün, hamını özü edmişkən gipnoz edib ora dartdığına görə. Hər ikisinin bəxti ara gətirsin inşallah insanlara bu qədər pislik etdiklərinə görə. İnşallah ikisinin də başına daş düşər. Amin.

  4. Ehed Emirli deyir:

    Bizim xalq dusuncesidir.biz gedirik 10.000 azn 15.000 azn veririk dovlet isine duzelirik bizimle biryerde daydayli usaqlarda isleyir onlar az isleyir cox alir amma biz pul vermisik deyer cox isleyirik hele ustunde tenqidde esidirik bir muddet kecenden sonra xoslarina gelmir cixardilar.amma Tiens Sirketinde gorek insanda inam olsun qerar qeul edib gedib islesin burda oz biznesivi qurulsan sadece coxlari bilir alladirlar amma ele deyil sadece gelirler isleyirler bacara bilmirler sonra deyillerki bizi allatdilar Bu biznes sebeke biznesidir bunu bacaran lazimdir Men hal hazirda isleyirem isimdeden memnunam Amma bilinki Kasib merd cesaretli olur Amma pulu olan adamlari ise qorxur nedense cekinirler ve bura gelib sonra isleye bilmeyende deyir firildaqciliq.Ona gorede issizlerin sayi coxlari ozvuz bilersiz Amma Allah bize Sebr veribse Sebrli olmalidir Sonrada isini sevib Biznesini qurmalidir Fso.Insan gorek ozu qerar versin da basqasinin sozu ile yox.

  5. Fazil deyir:

    iki fikirli qalmisam.ne edim bilmirem.meni ise ofis rehberi caqirib.birinci teklifde yarimciq qoydum.indide caqirib.bele yaailiari oxuyannan sonra adam supheli qalir…

  6. Dronqo deyir:

    Allahin salami olsun hamiya.. evvela sizleri muqeddes qurban bayrami munasibetile tebrik edirem.. sebeke biznesine geldikde ise artiq men bu biznesin icindeyem.. ve basa dusuremki.. bu is Azerbaycanda yeni oldugu ucun .. ya insanlar bunu derk elemir.. yada kenarda yayilan negativ fikirler .. bu fikirlerde cahillikden ireli gelir.. mene bu ish haramdi ve ya pisdi deyen insan.. hec ne demerem cunki mende pislemisem bu isi.. ama isi tam bilmediyimnen.. eyer bu isde nese bir pis yerini mene subut eden olsa men ele bugun cixaram isden.. ama bu mumkun deyil.. hamisi bilmemekden danismaqdandir.. bu is ferdlerin deyil merdlerin isidir.. duzdu alinmayanlar ola biler.. amma alindira bilenler varsa demeli nese etmek olar.. bu ona benzeyrki m meselen biri evlenib bosanib sonra.. biz ona baxib deye bilerikki haydaa bu evlendii bosandii demeli mende evlenmeyim bosanacamm.))))) Gulmeli deyil.. aglamali bir haldii. Cahillikdii. Kimin ne vaxt bir suali olsa bu is haqda muraciet ede biler.. fb.da dronqo raqimov.. adpu telebesi.. birde bele sebekeler coxdu.. men qnet de isleyirem… allah hamidan razi olsun..

  7. Arzu deyir:

    Xeyir yalandi sexsen dunen getdim ozum elannan oxuyub tamda dedimleri kimidi zeif inaanlardan iatifade ediller 10 manatda duzdu 300 de bir hefte iki hefte kursa gedrsen sexsen ozume deyibler sorada ozune adam toplamalisan ve sene faiz oturur ancax yalamdi beli men kursada qalmadim geri zeng vurdular ki nye gelmedz .basqa bir yoldasimla getmisdim onada hemcinin zeng vurdular ve eyni soz yalandi

  8. Arzu deyir:

    Getmem lazim deyil duzdu savadsiz olan insanlarda var .ancax dusunmek lazimdi elanlarda maas 600 manat yazillar bir nece elanlari oxumusam pervin adinda oglandi guya rehberdi filandi gopdu hamisi

  9. Dronqo deyir:

    Network marketinqin 100 minlerle formasi movcuddu ve bu qlobal bir anlayisdi.. cox danismayacam.. eyer kiminse bir problemi olsa buyursun men butun suallara cavab verirem.. 2 comment yuxarda fb adresim yazilib.. suallarjnizi vere bilersiz.. hemde cox xoa olar.. men burdayam ve qazanc elde edirem.. dronqo raqimov.. adpu

  10. Rakif deyir:

    Bu kimi sirketler hamisi bos seydi. Yadivizda saxliyin hec vaxt oturdugun yerde ezyetsiz pul qazanmaq olmur ouzde Qnet veya Tiens kimi firildaq sirketde. Hamisin sablon cumleleri var guya bunlar isci gotururler ise. Ozum sexsen gormusem. Yeqinki coxunuzu esitmisiz ilk evvel sizde deyirler: “Adinizi kagiza qeyd ediremki her defe sorusmayim”/ Bax hemin bu yazili metni men metroda xanimin elinde gormusem. Eger bele pesekar isegoturen insandisa hemin o kutbeyin onda niye onun isciye yanasmasi kiminse elinde gezir? Isa goturen sexsin her kandidata ferdi yanasma terzi olmalidi, her defe eyn sablon seylerle gelmemilidi. Bu bilirsiz nedi? Biz sizi qazdiyiriq sizde qohum ve tanislarnizi qazdiyin. Yadinizda saxlayin normal sirketin is telebleri de normal olur. Sadece gedib vaxt ve pul itirirsiz/ Ora itireceyiniz vaxta gedib oz uzerinizde isleyib daha yaxsi is elde ede bilersiz. Ora sadece ozunu ezyete vermek istemiyenler ucun yerdi. Kimse nese demek istese FB-da Rakif Hasanli yazib tapa biler. Ugurlar

  11. cavid deyir:

    beli bugun yaxnlawdm tuba xanm 5 mertebe 4 cu kabnet menle xow danwdi cox sagolsun meni yaxwi qarwldi hetda ora nece gelcymd selsd bawa saldi ama 10 azn sobti mne qranliq qaldi ve duwnce trezm cxblmwdyme esasen iwden imtina etmey qerarna geldim sadce ubykdiv fikrmdir mene xow iw kmi gelmdi iwde bir ema var ne edrem ev tikrem gul kmi kiraye qalram devne esasen iwden imtna etdm :) inwallah yeni iw tapram bb

  12. Mirfayaz deyir:

    Gözəl insanlar.. İstənilən Network Marketing sistemi gəlirlidir. Xüsusən baynerlə işləyən. Bunun üçün ilk növbədə qul təfəkküründən qurtulmağa çalışaq. O qədər deyildi xarici firmalar bizi soyur, nəhayət 1ildir ilk dəfə Azərbaycandan, Baş ofisi Bakıda yerləşən Network Marketing şirkətini yaratdıq. Rəsmi və qanuni. İstənilən NM sistemi əladır, çünki o sistem işlənib hazırlanıb , problem sizi ora dəvət edənin niyyətindədir əgər sizə müştəri gözü ilə dəvət edib pul qazanmağını umursa vicdansızdır, yoxsa sevərəkdən sizi dəvət edib, sizə bu sahəni olduğu kimi təqdim etsə, sizə necə işləmə mexanizmini öyrətsə, inanın yanılmazsız. Yoxsa, təməldən aldadılıbsa sizi dəvət edən də sizi aldadar ki, heç olmasa qoyduğu pulunu çıxartsın. Unutmayın, bu sahə 21 ci əsrlə ayaqlaşan insanların düşüncəsi üçündür. Bu gün 5manatım olsun acından ölməyim deyə tiplərçün deyil. Zatən onlar ölmək üçün yaşayır. Sizə bir networker kimi bu işin həqiqətdə nəyə söykəndiyini açıqlaya bilərəm fb.com /mirfayaz.likmekani

Şərhinizi yazın