Menu
Geri İrəli

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Sumqayıtda görüş keçirib

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Noyabr 2013 • Baxış sayı: 299 dəfə • Şərh yoxdur

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Bakı və Sumqayıt şəhərlərində görüş keçirib.

SalamNews xəbər verir ki, görüş zamanı rayondan olan məcburi köçkünlərin müraciətləri dinlənilib. Rayon sakinləri tərəfindən qaldırılan məsələlərin əksəriyyəti A.Alıyevin göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.

Horadiz şəhərində Milli Qəhrəmanlar Parkı, 10 hektar ərazidə Bayraq Meydanı, Soyqırım Qurbanlarının Abidə Kompleksi, 2 yeni küçənin salınması, işıqlandırma sisteminin yeraltı kabel sisteminə keçirilməsi, boulinq zalının tikinti işləri aparılır, bu günlərdə isə Heydər Əliyev Fondunun dəstəyi ilə şəhərdə 100 yerlik uşaq bağçası, 120 nəfəri işlə təmin edəcək tikiş sexi, Tarix-Diyarşünaslıq Muzeyi, Veteranlar evinin tikintisinə başlanıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın