Menu
Geri İrəli

Gələcəyin liderləri Bakıda toplaşacaqlar

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Aprel 2013 • Baxış sayı: 227 dəfə • Şərh yoxdur
Share Button

Dünya Azərbaycanlı Gənclər Birliyi “Gələcəyin liderləri” mövzusunda panel iclas keçirəcək. Iclas Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə keçirilən Cənubi Qafqaz Forumu çərcivəsində reallaşacaq.

Panel iclasda ABŞ Prezidenti Corc Buşun nəvəsi Corc P.Buş, Robert F.Kennedinin oğlu Con Kennedi II, BMT Baş Katibinin xüsusi müşaviri xanım Nafis Sadik, Böyük Britaniya Kral Akademiyasının ilk və yeganə qadın rəhbəri Baronessa Suzan Qrinfild və Dünya Azərbaycan Gənclər Birliyinin sədri Ramin Məmmədov çıxış edəcəklər.

Panel iclasın moderatorluğu Dünya Bankının sabiq 1-ci vitse prezidenti İsmayıl Seragəldin tərəfindən reallaşdırılacaq.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə reallaşdırdığı Cənubi Qafqaz Forumu dünyanın 60-dan çox ölkəsindən 400-ə yaxın beynəlxalq mütəxəssisi, 40-dan çox sabiq ölkə və hökumət başçısını bir araya toplayacaq.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın